Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Qocalmadan qorunmanın sadə üsulu məlum oldu

28.02.2018 12:25 2 745
Qocalmadan qorunmanın sadə üsulu məlum oldu
Vaxtaşırı ac qalma və yüngül idman hərəkətləri insan səhhətini yaxşılaşdırır, diabet və ürək-damar xəstəlikləri riskini azaldır.

Oxu.az “EurekAler!”ə istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ Milli Səhiyyə İnstitutunun alimləri gəlib.

Dörd ay davam etmiş araşdırmada mütəxəssislər dörd qrupa bölünən siçanlardan istifadə edib.

Birinci qrupda olan siçanlar bol yemlə təmin olunub və istədikləri vaxt qidalana bilib.

İkinci qrupda olan siçanlar 45 dəqiqə ərzində qaçıb və birinci qrupda olduğu kimi, istədikləri vaxt qidalanıb.

Üçüncü qrupda olan siçanlar bir gündən bir ac saxlanılıb.

Dördüncü qrupda isə siçanlar vaxtaşırı ac saxlanılıb və buna baxmayaraq fiziki aktiv olub.

Bu məşqlər heyvanların fiziki göstəricilərinə müsbət təsir edib. Habelə fiziki aktivliklə bərabər, vaxtaşırı ac qalma tonusun qorunması və dözümlülüyün artırılması baxımından daha effektiv olub.

Alimlərin sözlərinə görə, təcrübənin nəticələrini insanlara da şamil etmək olar. Yüngül məşqlər və vaxtaşırı ac qalma erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.скачать dle 11.3

Son xəbərlər