Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda DƏHŞƏTLİ OLAY: Kişini borca görə diri-diri basdırdılar

24.02.2018 14:55 3 962
Sumqayıtda DƏHŞƏTLİ OLAY: Kişini borca görə diri-diri basdırdılar
Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb, qəbiristanlıqda diri-diri basdırıblar.

Median.Az
"Report"a istinadən xəbər verir ki, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb. Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar. Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və o, yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər