Rezidenturaya sənəd qəbulu başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Starmer: Putin atəşkəsin yubadılmasının səbəbkarıdır  |     22:40 Albaniya neft emalı sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlıdır  |     22:30 6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO  |     22:14 Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin İcraçı direktoru işdən çıxarılıb  |     22:07 Yaşar Nurinin həyat yoldaşı: “Aparıcı soyuducunu açdı - baxın, xalq artistinin evində soyuducu boşdur” - Müsahibə  |     21:58 Fidan-Rubio danışıqlarının təfərrüatları açıqlanıb  |     21:47 Gəncədə emalatxanada yanğın olub  |     21:39 Bakıda məktəbdən uşaq oğurlanıb? - sakinlər danışd: "Hicablı kişi..." - VİDEO  |     21:30 Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır  |     21:23 Azərbaycanda işləyənlərin sayı açıqlandı  |     21:15 Rusiya nümayəndə heyəti Dolmabağça sarayına getmədi  |     21:08 Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib  |     20:52 Azərbaycan və Pakistan arasında dəmir yolu sahəsində əməkdaşlıq müzakirə olunub  |     20:41 "Uşaqların ölümündən sən günahkarsan" - Bill Qeytsdən Maska  |     20:36 Masallıda 20 yaşlı oğlanın meyiti tapıldı  |     20:16 Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib  |     19:59 Uşaq oyun meydançaları ilə bağlı texniki reqlament təsdiq ediləcək  |     19:48 "Cinsiyyət orqanı tam amputasiya olunub" - Xaçmazdakı cinayətlə bağlı AÇIQLAMA (YENİLƏNİB)  |     19:31 Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib  |     19:25 Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI  |    

Rezidenturaya sənəd qəbulu başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir.

DİM-in mətbuat xidmətindən oxu.az-ya verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Namizədin “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il iyulun 8-də keçiriləcək.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.

Qəbul elanının tam mətni “Rezidentura” jurnalının 2-ci sayında dərc olunacaq. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda, “Rezidentura” jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 247 15.02.18 12:36