23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |     22:15 Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi  |     22:09 Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI  |     22:01 Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək  |     21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |    

Magistraturaya sənəd qəbulu elan edildi

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.

DİM-dən verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il  fevralın 3-dən 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq olar. 

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 3 fevral 2020‑ci il saat 10.00-dan 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bu bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra, 2020-ci il iyunun 8-dən 18-dək aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 273 03.02.20 13:21