Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sürücü “Lukoil”in işçisinin dələduzluğunu belə ortaya çıxardı: “Kasıb insanların cibinə girməyin"

09.02.2018 14:35 5 581
Bakıda sürücü “Lukoil”in işçisinin dələduzluğunu belə ortaya çıxardı: “Kasıb insanların cibinə girməyin
Bakıda fəaliyyət göstərən "LukOİL” yanacaqdoldurma məntəqələrindən birində sürücü ilə yanacaqvuran əməkdaş arasında söz davası olub.

Median.Az BakuPost-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Çingiz Özgür adlı istifadəçi yazıb. Bildirib ki, dünən saat 16:15 radələrində avtomobilinə dizel vurmaq üçün "Maşın bazarı” kimi tanınan yerin yaxınlığında, "Su Səsi" restoranı ilə üzbəüz "LukOİL” yanacaqdoldurma məntəqəsinə daxil olub. O, əməkdaşa 50 manat verərək 20 manatlıq dizel vurmasını istəyib: "Gətirib 45 manat qaytarır. Deyirəm, bu nədir? Deyir, elə bildim 5 manat deyirsən. 15 manat da alıb yanacağı vurdu. Maşını işə saldım, çəndə yanacağa baxıram: 35 litr! Çağırmışam, deyirəm, a kişi, bunun 333 qramın at o yana, 20 manata 33 litr sən vurmalı idin düzdür? Deyir, hə. Deyirəm mən bura 2 litr yanacaqla gəlmişəm? Bakda 2 litr yanacaq qalsa, səncə işləyər maşın?”

"LukOİL”in işçisi vəziyyətin qəliz olduğunu görüb, razılığa gəlmək üçün avtomobilə yenidən yanacaq vurulmasını təklif edib: "Deyir, maşını ver arxaya, təzədən 5 manatlıq vurum. Bayaq 1-ci sürətlə vurmuşam, getməyib yəqin! Təzədən 5 manatlıq yanacağımı vurdu və gəlib bir daha hayasızcasına deyir ki, "aşağı skorostnan" vurmuşdum, yəqin ona görə elə olub..." Yaxşı, bəlkə mən baxmayaydım bakdakı yanacağa və ya maşın elə maşın olaydı ki, bakdakı yanacağı göstərməyəydi. Nəzərə alın ki, maşınların 75 faizində litrlə göstərici yoxdur, adi göstərici cihazda da bu qədər dəqiqliklə bilmək olmur. Bəs onda necə olacaqdı?”

Ç. Özgür işçi ilə bağlı heç kimə şikayət etmədiyini deyib və bunu belə izah edib: "Çünki bu fərdi məsələ deyil. "LukOİL” şirkət olaraq oğurluq edir. Bütün "zapravka”larda ümumi bir yanacaq kəsmə olayı var. İşçi də görür ki, müdiriyyət oğrudur, özü də oğurluq edir. Yəni məsələ "qapının astanası" məsələsidir”.

Sürücü "LukOİL”in prezidenti Vahid Ələkbərova müraciət də ünvanlayıb:"Cənab Vahid Ələkbərov! Azərbaycanda sizin "LukOİL”lara ən çox dizellə işləyən maşınlar, yəni kasıb kütlə müraciət edir. Dizel yanacağının sizdə bir az keyfiyyətli olduğu düşüncəsinə inandığımız üçün sizdən alırıq dizeli. Bu yazıq, kasıb insanların cibinə girməyə son verin! Belə olmaz! Çox hörmətli aidiyyəti dövlət və hökumət qurumları! Tək "LukOİL” deyil, bir çox YDM-lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!”

Ç.Özgürün bu statusu geniş müzakirələr səbəb olub. Bəzi şərh yazan sürücülər "LukOİL” yanacaqdoldurma məntəqələrini boykot etməyə səsləyiblər. Bəzilər isə analoji halların bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini yazıblar. Çoxluq isə bu fikirdədir ki, sürücülərə qarşı ən çox dələduzluq hallarına məhz "LukOİL” YDM-də rast gəlinir.

Son xəbərlər