00:47 Taksi qiymətləri artacaq? - Rəsmi cavab (VİDEO)  |     21:25 Daşkəsəndə altı uşağının səs-küyünə dözməyən kişi arvadını döydü  |     21:17 Mbappe zədəsini sağaldıb, sabah meydana çıxa bilər  |     18:35 Filippin sahillərində 5,6 bal gücündə zəlzələ oldu  |     17:49 Qusarda avtomobil kanala aşdı - Beş nəfər xəsarət aldı  |     17:17 Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib  |     15:08 HƏMAS silahı yerə qoymaqdan imtina etdi  |     14:39 Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı  |     14:36 Tramp keçmiş konqresmeni həbsdən azad etdi  |     14:32 Günəşdə 47 dəqiqə davam edən iki partlayış olub  |     14:11 Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək  |     14:04 AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi  |     14:00 Qatlanan "iPhone"un buraxılışı təxirə salınır  |     13:57 Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - Video  |     13:53 Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür  |     13:46 "Ford" 625 min avtomobili geri çağıracaq  |     13:21 Gələn il Bakı üzrə yığılacaq ümumi gəlirlər açıqlandı  |     13:17 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar  |     13:07 Yuxarı Şirvan kanalında bir nəfər batıb  |     23:02 "Qarabağ" "Turan Tovuz"u məğlub etdi  |    

Bakıda ərzaq və içki bahalaşıb

Ötən il paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artaraq 19613,5 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən oxu.az-a verilən xəbərə görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9583,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,2 faiz artaraq 10029,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 18,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 68,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 45,0 milyon manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 98,1 faizi hüquqi şəxslərdən, 1,9 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsulları realizə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 372 09.02.18 13:11