Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - VİDEO (YENİLƏNİB)

02.02.2018 11:32 2 929
Bakıda tunelin ortasında mübahisə edən sürücülər ağır yol qəzasına səbəb olublar - VİDEO (YENİLƏNİB)
Paytaxtın Ziya Bünyadov prospektinin Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza zamanı iki yük maşını toqquşub.

"99-CE-034" dövlət qeydiyyat nişanlı "Shacman" markalı yük avtomobilinin 1973-cü il təvəllüdlü sürücüsü Abbasov Tərlan Əldilşad oğlu idarəetməni itirərək qarşıda hərəkət edən "Kamaz"ın qəfil əyləcdən istifadə etməsi nəticəsində ona çırpılıb.

Nəticədə T.Abbasov sol ayağından sınıq xəsarətləri alıb. Kabinada sıxılıb qalmış yaralı ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Onun xəsarət alan ayağı amputasiya edilib. Qəza nəticəsində "Kamaz" markalı yük avtomobilindən yola qum dağılıb. Tuneldə qısamüddətli sıxlıq yaranıb.

Hadisə yerinə cəlb olunmuş Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi məlumata görə, "Kamaz"ın qəfil əyləcdən istifadə etməsinə səbəb onun qarşısında iki "VAZ-2107" markalı avtomobil sürücüsünün maşınları tunelin ortasında saxlayaraq mübahisə etməsi olub.

Fakt araşdırılır.

Son xəbərlər