Mojo.az Banner
16:08 Azərbaycanda müəllim VƏFAT ETDİ - FOTO  |     15:55 Yük avtomobilləri avtobus dayanacağını zəbt ediblər? - Yol polisindən AÇIQLAMA - Video  |     14:36 Yasamalda avtomobillər üçün görünməz təhlükə: Niyə qəzalar baş verir? - Video  |     14:31 Azərbaycan nefti BAHALAŞDI  |     14:27 Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi  |     14:21 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar  |     14:13 Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü  |     14:12 Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı  |     14:11 Azərbaycanda zəlzələ olub  |     13:46 21 yaşlı Fatimənin qətlinin DETALLARI  |     13:43 Azərbaycan XİN ABŞ-ni təbrik etdi  |     13:37 Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)  |     13:13 Abşerona çəyirtkə hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO  |     23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |    
Left Banner
Right Banner

Bakıda sensasion əməliyyat: XİN və Sərhəd Xidmətinin əməkdaşları tutuldu – VİDEO

27.01.2018 13:19 6 348
Bakıda sensasion əməliyyat: XİN və Sərhəd Xidmətinin əməkdaşları tutuldu – VİDEO
Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirib.

Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli şəkildə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilib və çoxsaylı cinayət faktları qeydə alınıb.

2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi, baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülüb, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə, ölkədə turizmin inkişafına zərər vurulması hallarının qarşısının alınması üçün bundan sonra da qətiyyətli tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner