Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb | 11:41 Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq: "Babəli Türkiyədə saxta pul alverinə girişib" | 11:38 Hövsana qatarla da gedə biləcəyik: ADY-dən açıqlama | 11:25 Lionel Messiyə dair sensasion transfer iddiası | 11:23 Bəzi həkimlərə xüsusi rütbələr veriləcək | 11:21 Mərkəzi Bankın keçmiş baş direktoruna yeni vəzifə verildi | 22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub |
Mojo.az Avto
Mojo.az Avto

Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalıdır…”

24.01.2018 15:36 2 194
Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalıdır…”
Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir.

Median.Az
-ın məlumatına görə, bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: “Hazırda ərazidə hava şəraiti də axtarışlar üçün normaldır. Axtarışlar helikopter və canlı qüvvə vasitəsilə aparılır. Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur. Qəbələ rayonu ərazisində axtarışların aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Əsasən Xınalıq və Tufandağ istiqamətində axtarışlardan məlumatlıyam”.

Z.Qasımlı bildirib ki, hazırda axtarışlar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları, yerli və Türkiyədən gəlmiş mütəxəssislər tərəfindən aparılır: “Mütəxəssislər xüsusi texnika ilə təchiz olunublar. Axtarışlar üçün xaricdən əlavə mütəxəssislərin gələcəyi barədə məlumatım yoxdur. Bir müddət əvvəl alpinistlərin izlərinin olduğu ehtimal olunan yerlər təkrar bir neçə dəfə axtarılıb və hələ də axtarışlar davam edir. Bütün ehtimallar araşdırılır. Hələlik heç bir nəticə yoxdur”.

Z.Qasımlı həmçinin qeyd edib ki, axtarış aparılan ərazilərdə qar uçqunu olması təhlükəsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Hər tərəf açıqdır. Ərazidə təhlükəli qar uçqunu olması ehtimal edilən yer demək olar ki, yoxdur”.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

Son xəbərlər