Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü |
Mojo.az Avto
Mojo.az Avto

Gömrükdə 138 min manatlıq siqaret ələ keçdi – VİDEO

23.01.2018 15:38 8 273
Gömrükdə 138 min manatlıq siqaret ələ keçdi – VİDEO
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.

Komitədən oxu.az-a verilən məlumata görə, ölkə vətəndaşı Məmmədov Məhəmməd Yasin oğlunun idarə etdiyi “HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində aksiz markası ilə markalanmayan cəmi 46 200 ədəd – “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.

Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə doqquz ədəd “Samsung Galaxy J5 (6)” və altı ədəd “Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Marlboro Gold edge”, “Parliament Silver blue”, “Parliament Aqua blue”, “Parliament Carat” və “Sobranie Super Slims” adlı siqaretlərin orta qiyməti təxminən 3-4 manat təşkil edir. Aşkarlanan siqaretin dəyəri təxmini 138-184 min manat təşkil edir.

Son xəbərlər