Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstandan qanunsuz yolla gətirilən 3 minə yaxın siqaretlər aşkarlanıb - FOTO

14.10.2019 21:15 1 965
Gürcüstandan qanunsuz yolla gətirilən 3 minə yaxın siqaretlər aşkarlanıb - FOTO
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 2960 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşlarına məxsus "Mercedes-Benz E220" və "Mitsubishi Pajero İO" markalı avtomobillər saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı hər iki vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən "Parliament Aqua Blue", "Marlboro Filter Plus", "Parliament Super Slims" və "Marlboro Edge" markalı ümumilikdə 2960 ədəd siqaret aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.//Baku.ws

скачать dle 11.3

Son xəbərlər