Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Oğlum dedi mənə xəyanət edib, lazım deyil" - Gəlini Bakıya qaçan qadın

16.01.2018 18:49 4 706
Masallı rayonunda iki uşaq anasının övladlarını ataraq evdən qaçdığı barədə məlumat vermişdik.

Median.Az
Milli.Az-a istinadla xəbər verir ki, rayonunun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk etdikdən sonra hələ də ondan bir xəbər yoxdur.

Qaçan gəlinin keçmiş qaynanası Fatimə xanım "Bizimləsən"ə danışıb:

"Yeganənin evdən getməyi mənə pis təsir etdi. İki balası var evdə. 

Birdən-birə evləndilər. Yolda görüb, istəyib, alıb. Dedim "Ay bala, qoy 1-2 ay görək". Dedi "Yox, al". Getdim aldıb gətirdim. 7 gün evimdə saxlamışam. Ondan sonra göndərmişəm. Demişəm "O arvadın, o da sən. Gedin. Bakıda qalırsan, harda qalırsan, get saxla". O gedən getdi. Gəlirdilər də, gedirdilər də. 5 gün, 3 gün... Onun evində bir dəfə qalmışam. Onu da anası burnumdan tökdü. Deyirdim bala, nə iş görürsən? Deyirdim uşağa yemək bişir. Uşaqları da Mehdi saxlayırdı. Deyirdi telefonla danışıram, istəmirəm. Yaylığımı Mehdinin ayağının altına atdım. "Yiyə dur, iki balan var. Bala, heç kəs bilməsin bu məsələni" dedim. Atası dedi "İstəmirsən, gətir at evimə". Mehdi apardı. Dedi "Mənə xəyanət edib, mənə lazım deyil".

Fikirlərinin sonunda keçmiş qaynana Yeganəyə efir vasitəsi ilə müraciət edib: "Mən keçirəm, Yeganə. Gəl uşaqlarına yiyə dur".

Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.скачать dle 11.3

Son xəbərlər