Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı - VIDEO

16.01.2018 15:17 3 625
Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı - VIDEO
Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Artıq 4 gündür ki, valideynlər qızlarından bixəbərdirlər.

"Xəzər TV” xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk edib. Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb.

Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o, Bakı şəhərinə üz tutub.Atasının sözlərinə görə, hələ də qızlarının niyə belə addım atdığını bilmirlər. Deyir ki, bu günə kimi evlərində nə dava olub, nədə söz-söhbət.

Filqət Abbasovun əldə etdiyi son məlumata əsasən, Yeganənin getdiyi maşına Biləsuvar rayonunda daha bir qadın minib. Yeganə Məmmədova ilk öncə sürücüyə Bakının Əhmədli qəsəbəsinə gedəcəyini bildirsə də, amma həmin qadınla birgə "20 Yanvar” ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqqda əldə olunan son məlumatdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Araşdırma aparılır.

Son xəbərlər