Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

CAR klubu “Qarabağ”dan 2,5 milyon dollar istəyir

15.01.2018 11:45 3 299
CAR klubu “Qarabağ”dan 2,5 milyon dollar istəyir
“Qarabağ” Çin klubuna satdığı Dino Ndlovunun yerinə Zimbabve millisinin hücumçusu Xama Biliatı almaq istəyir.

Oxu.Az Zimbabve mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunadək CAR-ın “Mamelodi Sandaunz” klubu ilə müqaviləsi olan Biliat üçün artıq qarşı tərəfə təklif göndərib.

“Qarabağ” Biliata aylıq təxminən 500 min CAR randı (69 min manat – S.T.) təklif edir.

CAR klubu isə oyunçunu ölkədən kənar xarici kluba satmaqda maraqlıdır. Lakin Afrika klubu “Qarabağ”dan bu transfer üçün 2,5 milyon dollar istəyir. Hazırda “Qarabağ” bu məbləğin aşağı endirilməsi üçün danışıqlar aparır.

Futbolçunun özü də komandadan ayrılmaqda istəklidir. Çünki baş məşqçi Pitso Mosimane 27 yaşlı futbolçunu əsas komandada oyun üzünə həsrət qoyub. Futbolçunun təmsilçisi Corc Deda da açıqlayıb ki, tərəflər şəxsi müqavilədə razılığa gəliblər.

Qeyd edək ki, Xama Biliat ikinci hücumçu qismində və ya cinahlarda oynamağı bacarır. O, Zimbabve millisində 26 oyuna yeddi qol vursa da, noyabrda Lesoto və Namibiya ilə yoldaşlıq oyunlarına çağırılmayıb. Billiat hazırkı klubu ilə iki dəfə (2013/14 və 2015/16) CAR çempionu, eləcə də, Afrika Çempionlar Liqasının (2016) və Afrika Superkubokunun (2017) qalibi olub. 

Son xəbərlər