Mojo.az Banner
22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |     20:55 "Alibaba" Çinin ən güclü süni intellekt çipini təqdim etdi  |     20:48 Meymun tanınmış yazıçının həyat yoldaşına hücum edib öldürdü  |     20:42 "CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu  |     20:34 Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər  |     20:29 Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?  |     20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı məşhurumuzun “Instagram” izləyiciləri saxtadır? – STATİSTİKA (FOTO)

13.01.2018 14:11 8 198
Hansı məşhurumuzun “Instagram” izləyiciləri saxtadır? – STATİSTİKA (FOTO)
Məşhurlarımız arasında olan rəqabət bir müddət sonra sosial mediaya daşınıb.

“Like”, “Comment” və izləyici yarışına çıxan tanınmışlar saxta izləyici ovuna çıxmaqdan belə çəkinməyiblər.

Median.Az “Keepface” marketinq şirkətinin təqdim etdiyi rəsmi sosial media statistikasını təqdim edir.

Bu siyahıda “Instagram”da izləyici sayı bir milyonu ötmüş beş məşhurumuz yer alır. Ən çox izləyici sayına görə sıralama belədir:

Müğənnilər Sevil və Sevinc Səfərovalar: 1 milyon 348 min 172 izləyici.

Əməkdar artist Röya Ayxan: 1 milyon 229 min 666 izləyici.

Aparıcılar Zaur Baxşəliyev və Günay Baxşəliyevalar: 1 milyon 28 min 992 izləyici.

Müğənni Günay İbrahimli: 1 milyon 670 izləyici.

Müğənni Roza Zərgərli: 1 milyon 535 izləyici.

Кто из знаменитостей «накручивает» себе подписчиков? - ФОТО


Bu məşhurların hər paylaşımına gələn ortalama “like” və “comment” sayına gəldikdə isə, Sevil və Sevincə ortalama 26 min 900 nəfər, Röyaya 22 min 400 nəfər, Zaur və Günaya 16 min 680 nəfər, Günaya 14 min 460 nəfər, Roza Zərgərliyə isə cəmi 6 min 260 nəfər reaksiya verir.



Paylaşımlar arasında ən çox şəkli bəyənilən məşhura gəldikdə, burada birinci yeri Röya Ayxan tutur. Onun bir şəklinə 72 min 432 bəyənmə gəlib. Bu siyahıda sonuncu yer isə Günay İbrahimliyə nəsib olub. Onun ən çox bəyənilən fotosu 26 min 925 “like” alıb.



İzləyicilərin cinsinə görə olan müqayisəyə gəlsək, kişiləri ən çox özünə cəlb edən Roza Zərgərlidir. Onun 79,8 faiz izləyici kişi, qalanı isə qadındır. Günay İbrahimli isə 67.3 faiz kişinin diqqət mərkəzindədir. 61 faiz kişinin seçimi Sevil və Sevincdir. Zaur və Günayın kişi “follower”lərinin sayı qadınlardan çoxdur – 56.4 faiz. Əməkdar artist Röya Ayxanın izləyicilərinin təxminən 670 min nəfəri kişilərdən ibarətdir.



İndi isə məşhurlar arasında “filankəsin izləyici sayı saxtadır” deyimini təsdiq və inkar edən statistikaya gəlirik. Bu siyahıda hansı məşhurun Azərbaycandan daha çox izləyicisi olduğu ortaya çıxır. Beləliklə, kimlər “fake” izləyicilər vasitəsilə şəxsi “Instagram” hesabını artırıb, məlum olur.

“Keepface”in statistikasına görə, yerli və orijinal izləyicisi ən çox olan məşhurlar Röya Ayxan, Günay İbrahimli, Zaur və Günay cütlüyüdür. Roza Zərgərli, Sevil və Sevinc bacıları isə bu siyahıdan “üzü qara” çıxıb. Belə ki, Rozanın azərbaycanlı izləyici 49,5, Sevil və Sevincin isə 57,7 faizdir.



Bu məşhurların hansı kütləyə daha çox xitab etməsi də siyahıda yer alıb. Azərbaycandilli təbəqənin ən çox izlədiyi məşhurlar Zaur və Günaydır. Bu siyahıda sonuncu yerdə isə 32.5 faizlə Roza Zərgərli qərarlaşıb.


скачать dle 11.3
Mojo.az Banner