Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…”

10.01.2018 12:20 16 181
Bakıda 10 ildən artıq qul kimi işlədilən yaşlı qardaşların həyatı: “Taxta ilə döyürdülər…”
Yaşlı qardaşlar 10 ildən artıq donuz fermasında işlədiliblər. Onların təqaüdünə əl qoyub, ac saxlayıb və döyüblər. İndi onlardan biri psixi xəstəxanada müalicə alır, digəri isə məhkəmədə haqqını tələb edir.

Uzun illər Azərbaycanda iki yaşlı qardaşı istismar etməkdə və insan alverində təqsirləndiriləm Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baxılıb.

İş üzrə zərərçəkmiş şəxslərdən biri Aleksandr Kolesnikovdur. Digəri isə, onun qardaşı İqor Kolesnikovdur. Hər iki qardaşın 60-dan çox yaşı var.

Aleksandr Kolesnikov hazırda məhkəmə iclasında iştirak edə bilmir. Çünki o, Maştağadakı psixiatriya xəstəxanasında müalicə alır. Onun hüquqlarını Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edir.

Bu gün baş tutan məhkəmə iclasında zərərçəkən qardaşlardan İqor Kolesnikov ifadə verib. O, insan alverinin qurbanlarının yerləşdirildiyi düşərgədə yaşayır.

Ayaq üstə dayanmaqda çətinlik çəkən İqor Kolesnikov məhkəmədəki ifadəsində 10 ildən artıq müddətdə Tofiq Abbasovun fermasında zorla işlədildiyini, dəfələrlə döyüldüyünü, ac saxlanıldığını söyləyib.

İ.Kolesnikovun sözlərinə görə, illərlə fermasında çalışdıqları Tofiq Rzayev heç vaxt onlara normal şərait yaratmayıb.

“Fermada qaraj var idi. İçərisi beton idi. Həmin qarajda yaşamışıq. Günlərlə yemək də yeməmişəm” – deyə zərərçəkmiş söyləyib.

Onun sözlərinə görə, qardaşı və özü təqaüd alsalar da, həmin pul heç vaxt onlara çatmayıb: “140 manatdan çox mən, 130 manatdan çox da qardaşım pensiya alırdı. Amma biz nə pul görmüşük, nə də kartları. Dəqiq bilirəm ki, aylıq pensiyalarmızı alıblar”.

İ.Kolesnikov onu da əlavə edib ki, təqsirləndirilən şəxslərlə uzaq qohumluq əlaqələri var.

Suallara cavab verən İ.Kolesnikov qardaşının və özünün təqsirləndirilən şəxslər tərəfindən bir neçə dəfə döyüldüyünü söyləyib. “Tofiq Rzayev və Vüqar Rzayev məni və qardaşımı dəfələrlə taxta ilə döyüblər”.

Ac saxlanılması ilə bağlı suala da cavab verən İ.Kolesnikov söyləyib ki, işlədiyi fermanın yaxınlığına gələn çobanlardan yemək alırmışlar: “Bizə yemək verirdilər. Amma elə vaxt olurdu ki, günlərlə ac qalırdım. Fermanın yaxınlığına gələn çobanlar bizə yemək verirdi”.

Qardaşının səhhəti ilə bağlı suallara cavab verən İ.Kolesnikov bildirib ki, onun müalicəsi hazırda davam edir.

İ.Kolesnikov məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçidir və onlardan işlədiyi müddət ərzində almalı olduğu əmək haqqını və təqaüdünü tələb edir.

“Pulumu, əməyimin qarşılığını tələb edirəm. Bundan sonra da bunlardan ayrılıb, çıxıb gedəcəm. Öz həyatımı yaşayacam. Başqa bir yerdə iş tapıb işləyərəm”.

Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev onlara qarşı irəli sürülən ittihamla razılaşmırlar. Özlərinə təqsirli bilməyən şəxslər ötən məhkəmə iclasında prosesin qapalı keçirilməsini istəmişdilər. Amma məhkəmə onların vəsatətlərini əsassız hesab edərək, təmin etməmişdi.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Xəzər rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs 2016-cı il aprel ayının 28-də Daxili İşlər Nazirliyinin İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.

Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.//Musavat.com

Son xəbərlər