Mojo.az Banner
23:01 Şəffaf telefon örtükləri niyə zamanla saralır və bulanıqlaşır?  |     22:45 Türkiyədə azərbaycanlı gənc öldürüldü  |     22:38 Mərkəzi Bank mühüm qərar açıqlayacaq - Bu tarixdə  |     22:33 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:25 Baba nəvəsini yumruqladı: "Əsəblərimə hakim ola bilmədim"  |     22:20 Bakıxanovun evi dağılır - Video  |     22:13 Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     22:08 İnsanlar musiqini necə kəşf edib? - Alimlər açıqladı  |     22:01 Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi  |     21:56 Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı  |     21:49 Siyəzəndə qadın dəm qazından boğuldu  |     21:44 Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - Video  |     21:39 Hörmüz böhranının Azərbaycana təsirləri: "Bu maşınların qiyməti cüzi arta bilər"  |     21:34 Bitcoin canlanır: Trampın açıqlaması qiymətləri artırdı  |     21:26 Bu qurum ləğv edilir  |     21:21 Sabah hava necə olacaq?  |     21:15 Azərbaycanda plastik əməliyyatlar sığorta ilə olacaq  |     21:08 Mərkəzi Banka yanlış hesabat təqdim edən "Fizza Pay" kimindir?  |     21:01 Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır - Xalq artisti  |     20:56 Zaxarova Azərbaycana təşəkkür etdi  |    
Left Banner
Right Banner

Türkiyədə yaşayan azərbaycanlı milyarder otellərinə heç bir həmvətənini buraxmır - QALMAQAL

06.01.2018 17:58 3 133
Türkiyədə yaşayan azərbaycanlı milyarder otellərinə heç bir həmvətənini buraxmır - QALMAQAL
Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyədəki otellərinə azərbaycanlı müştərilərin qəbul edilməsinə qadağa qoyub.

Median.Az
axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddia edilir ki, Q.Həsənovun otellərində bütün millətlərə, o cümlədən erməni əsilli turistlərə xidmət edilsə də, yalnız azərbaycanlıları qəbul etmirlər.

Bu vaxta qədər Azərbaycanda adı o qədər də bəlli olmayan Qabil Həsənov kimdir?

Əldə etdiyimiz məlumata görə, Q.Həsənov, əsasən, Rusiyada böyük biznesə sahib olub. Daha sonra isə Avropa ölkələrində də müəyyən fəaliyyət göstərib. Son illər, xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Rusiyadakı əmlakını sataraq, biznesini Türkiyəyə köçürüb.

Türkiyədə "Tez Tour" şirkətinə məxsus "Alva Donna Beach Resort Comfort" otelini alıb. O, həmçinin Antalyanın Belek rayonunda da "Alva Donna" adında beşulduzlu otelə sahibdir.

"Tez Tour" Türkiyənin ən məşhur şirkətlərindən biri sayılır. 1994-cü ildə iki rus və bir türk iş adamı - Ləvənt Aydın, Aleksandr Burtin və Aleksandr Sinigibiskiy tərəfindən qurulub. Qısa müddətdə məşhurlaşıb, 28 ölkədə fəaliyyətini qurub: ümumilikdə beşulduz olmaqla 1272 otelə sahib, 99 turist agentliyi ilə dünyanın ilk 500 şirkəti sırasında 113-cü yerə qalxıb.

Ancaq 2012-ci ildə aralarında yaranan anlaşılmazlıq səbəbindən Ləvənt Aydın şirkətdən ayrılıb. Bundan sonra "Tez Tour"un çöküşü başlayıb. 2015-ci ilə qədər şirkət müflisləşmənin bir addımlığına qədər gəlib və dövlətə 322 milyon borclanır. Şirkətin illik gəliri yüksək olsa da, illərdir vergi borclarını ödəyə bilməyib.

Nəticədə məhkəmə çəkişməsi başlayıb və məhkəmə şirkətin əmlakına əl qoyub, şirkətə rəhbərlik isə dövlət nümayəndəsinə keçib.

2015-ci ildə şirkətin səhmlərinin bir hissəsi satılıb. Ancaq indiyə qədər şirkətin səhmlərini alan şəxsin adı gizli saxlanılır.скачать dle 11.3
Mojo.az Banner