Mojo.az Banner
18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda əlavə iş yerləri yaradılacaq

05.10.2026 16:51 144
Azərbaycanda əlavə iş yerləri yaradılacaq
Qanunvericiliyə "paraleqal" anlayışı daxil edilir.

Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb.

Paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının (VK) üzvü olmayan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsində paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və VK tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslərdir.

Paraleqal olaraq fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər tərəfindən bu məqsədlə VK-ya müraciət edilir.

Aşağıdakı şəxslər paraleqal ola bilməzlər:

- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.

Bu qanunun müvafiq maddələrində göstərilən tələblərə cavab verən fiziki şəxs bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vurub müvafiq sertifikat əldə etdikdən sonra paraleqal statusu əldə edir.

Paraleqalların təlimi bu qanunun müvafiq maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

VK-nın Rəyasət Heyəti bu qanunun uyğun maddəsinə əsasən təlimi müvəffəqiyyətlə başa vuraraq paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparır.

Paraleqallar fəaliyyət göstərəcəkləri vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağlanmış mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərirlər.

Paraleqalların xidmət haqqı bu qanunun 12-ci maddəsi nəzərə alınmaqla bu qanunun 5-ci maddəsinə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Paraleqallar ilkin hüquqi yardım göstərilməsi zamanı əldə olunmuş məlumatların konfidensiallığının qorunmasını təmin etməli, habelə ünsiyyət zamanı VK üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən qəbul olunmuş paraleqalların etik davranış qaydalarına riayət etməlidirlər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner