Mojo.az Banner
11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal

05.10.2026 16:05 231
Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal
"Pünhan Piriyevin açıqlamalarına baxdım. Düzünü deyim ki, bunu ona yaraşdırmadım. Bu, iki nəfərin arasında olan söhbətdir, onu açıqlamamalı idi".

Median.Az
xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri İlkin Robin müğənni Pünhan Piriyevin "Alim Qasımov toyuma 15 min manat istədi" fikirlərinə münasibət bildirərkən deyib.

Menecer bildirib ki, Pünhan Piriyev əvvəlcə onunla əlaqə saxlayıb:

"Mənə zəng etdi və Alim Qasımovu toyunda görmək istədiyini bildirdi. Soruşdu ki, Alim Qasımov toya neçəyə gedir. Mən də ona bir qiymət aralığı dedim. Amma bildirdim ki, sənət yoldaşısınız, Alim müəllimlə özünüz danışın, bəlkə sizə xüsusi endirim edər. Sonradan aralarında nə danışıldığını bilmirəm. Mən həmişə sənət adamları ilə bağlı toy məsələsini Alim müəllimin özünə yönəldirəm. Sonra deməsinlər ki, ortada menecer var".

Qeyd edək ki, müğənni Pünhan Piriyev sosial şəbəkədə toyu ilə bağlı növbəti açıqlama verib. O, Xalq artisti Alim Qasımovla bağlı səs-küyə səbəb olan iddia səsləndirib.

Pünhan Piriyev bildirib ki, toy mərasimində Alim Qasımovu görmək istəyib, lakin xanəndə onun toyunda çıxış etmək üçün 15 min manat qonorar tələb edib.скачать dle 11.3
Mojo.az Banner