Mojo.az Banner
17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?

05.10.2026 15:46 219
Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?
Rusiyanın İrkutsk vilayətində 189 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi. Rusiyada vəba ilə bağlı müxtəlif məlumatların yayılması yoluxucu xəstəliklərin sərhədlərarası yayılma riskini yenidən gündəmə gətirib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vəba əsasən çirkli su və qida vasitəsilə yayılan kəskin bağırsaq infeksiyasıdır və müalicə olunmadıqda sürətlə ağırlaşa bilər.

Bəs vəba Rusiyadan Azərbaycana və digər qonşu ölkələrə keçə bilərmi?

Vəba hansı yollarla yayılır və insandan insana keçməsi necə baş verir?
Hadisə ilə bağlı Median.Az-a açıqlama verən tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, vəba infeksion xəstəliklərə aiddir:

"Vəbanın törədicisi (lat. Vibrio cholerae) adlanır. Bu xəstəlik 1883-cü ildə R. Kox tərəfindən tapılıb. Bakteriya yüksək dərəcədə yoluxuculuğa malikdir. Əsas mənbələri isə çirkli su, yuyulmamış meyvə-tərəvəzlər, bişməmiş dəniz məhsulları xəstəliyə səbəb olurlar".

Aydın Əliyevin sözlərinə görə, xəstənin qusuntu maddələri də əsas mənbələrdən sayılır. İnsanlar birbaşa deyil, ortaq şəkildə çirkli su və qidadan istifadə etdikdə xəstəliyə yoluxa bilirlər.

Vəbanın simptomlarından bəhs edən mütəxəsis əlavə edib:

"Bu zaman ishal, ürəkbulanma, qıcıqlanma, təzyiqin aşağı düşməsi, dərinin quruması, uşaqlarda temperatur, qıcolma, yuxululuq, komaya düşmə, kalium və şəkər azlığı, böyrək çatışmazlığı ola bilir".
Sanitariya və gigiyena qaydalarından düzgün istifadə etməyə xüsusi diqqət çəkən ekspert vurğulayıb:

"Qida və su mənbələri tam şəkildə sanitar normativlərə cavab verməlidir. O cümlədən evdə də bu məsələlərə diqqət yetirmək lazımdır. Əgər şübhəli bir hal hiss olunarsa, mütləq həkimə müraciət olunmalıdır".

Aydin Əliyev sonda qeyd edib ki, vəba xəstəliyi hansı ölkədə varsa, həmin ölkədən qida məhsullarının qəbulu dayandırılmalıdır. Çünki bu xəstəlik yayılmaya səbəb ola bilir.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner