Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

02.10.2026 19:15 216
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq.

Uzun müddətdir bu xəbəri gözləyən sakinlər deyirlər ki, artıq bu evlərdə yaşamaq mümkün deyil.

Bəzi sakinlər isə təklif olunan kompensasiya ilə razılaşmadığını bildirir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına əsasən artıq ötən ildən 200-dən çox qəzalı və istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. O ki qaldı bu ərazilərdə sakinlərə veriləcək kompensasiyalara, o barədə hələ ki, heç bir informasiya yoxdur.

Vüqar Oruc onu da əlavə edib ki, söküntü prosesinin həm investorlar, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. İnvestoralar tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması plalaşdırılır.скачать dle 11.3
Mojo.az Banner