Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...

23.09.2026 16:02 609
Mal əti bahalaşdı: Bundan sonra hər ay qiymətlər...
Azərbaycanda mal ətinin qiymətində yenidən artım müşahidə olunur. Hazırda satış məntəqələrində sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin qiyməti isə 21-22 manata çatıb. Son bir ay ərzində qiymətlərin 1-2 manat artdığı bildirilir. Satıcılar bahalaşmanı mövsüm dəyişikliyi ilə əlaqələndirsələr də, qiymət artımının digər səbəbləri də maraq doğurur.

Mal ətinin qiymətinin son bir ayda 1-2 manat bahalaşmasının əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Median.Az-a bildirib ki, Azərbaycanda mal ətinin qiymətində yenidən artım müşahidə olunur:

“Hazırda satış məntəqələrində sümüklü mal ətinin kiloqramı 19 manata, sümüksüz ətin qiyməti isə 21-22 manata çatır. Son bir ayda 1-2 manatlıq artımdan danışılır. Heç vaxt bu rəqəmləri ciddiyə almamışam. Amma istnad etməli olsaq, Dövlət Statistika Komitəsinin məlumatları da qiymət təzyiqinin real olduğunu göstərir. 2026-cı ilin avqustunda mal və qoyun əti əvvəlki ayla müqayisədə bahalaşıb, qida məhsullarının qiymətləri isə illik 7,2 faiz artıb. Burada həmişəki kimi nəticənin üzərində baş sındırırıq, səbəbi isə kənarda qoyuruq. Mövsüm dəyişdi, yem bahalaşdı, otlaq azaldı, tələb artdı bunların hamısı nəticəyə təsir edən amillərdir. Amma daha dərin səbəbə baxmaq lazımdır. Mənim yanaşmam budur ki, uğursuz və ya kifayət qədər effektiv olmayan aqrar siyasət səbəbdir, heyvandarlığın və mal-qaranın sayında yaranan azalma nəticədir, ətin bahalaşması isə həmin nəticənin təsiridir. Rəqəmlər də bu zəncirin müəyyən hissəsini göstərir. 2026-cı il yanvarın 1-nə ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 435,5 min baş olub. Bu, əvvəlki ilin eyni tarixi ilə müqayisədə 30,1 min baş, yəni 1,2 faiz azdır. İnəklərin və camışların sayı da 17,1 min baş azalıb. Eyni zamanda Prezidentin 25 may 2026-cı ildə kənd təsərrüfatına həsr olunmuş müşavirəsində səsləndirdiyi rəqəmə görə, ölkənin mal əti ilə özünütəminetmə səviyyəsi 84 faizdir və 30 min ton mal əti idxal olunur. Əslində may ayında keçirilən həmin müşavirə bu məsələyə çox ciddi kontekst verir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika onu qane etmir və son bir neçə ildə kənd təsərrüfatının inkişafında müşahidə olunan durğunluq düşündürücüdür. Yəni söhbət təkcə mənim və ya hansısa fermerin müşahidəsindən getmir. Ən yüksək səviyyədə də kənd təsərrüfatında nəticələrin daha yaxşı olması zərurəti ortaya qoyulub”.

O qeyd edib ki, bu müşavirədən sonra mal ətinin qiymətinə baxarkən başqa suallar da verilməldiir:

“İllər ərzində kənd təsərrüfatına subsidiya verilib, güzəştli kreditlər təqdim olunub, aqroparklar yaradılıb, texnika və digər dəstək mexanizmləri tətbiq edilib. Bütün bunların nəticəsində niyə mal-qaranın sayı azalır? Niyə mal əti üzrə özünütəminetmə 100 faizə yaxınlaşmır? Niyə daxili bazarın tələbinin müəyyən hissəsini hələ də idxalla qarşılayırıq? Və ən vacibi, bütün bu dəstək mexanizmlərinin son nəticəsi niyə istehlakçının daha münasib qiymətə ət alması ilə nəticələnmir? Burada aqrar siyasətin effektivliyini yalnız ayrılan subsidiyanın həcmi ilə ölçmək olmaz. Əsas göstərici nəticədir. Fermer daha məhsuldar işləyirmi? Bir baş heyvandan alınan məhsul artırmı? Yem xərci azalırmı? Damazlıq bazası genişlənirmi? Mal-qaranın sayı artırmı? Yerli istehsal daxili tələbi daha böyük həcmdə qarşılayırmı? Əgər bu göstəricilərdə davamlı və nəzərəçarpacaq irəliləyiş yoxdursa, deməli, tətbiq olunan iqtisadi mexanizmlərin səmərəliliyinə yenidən baxmaq lazımdır. Üstəlik, burada bir paradoks yaranır. Dövlət aqrar sahəyə dəstək verir, fermer istehsal edir, amma istehlakçı bahalı məhsul alır. Bu zəncirin harasında iqtisadi səmərəlilik itir? Problem məhz burada araşdırılmalıdır. Bəlkə yem bazasında problem var, bəlkə damazlıq siyasətində, bəlkə kiçik fermer təsərrüfatlarının iqtisadi dayanıqlığında, bəlkə bazara çıxışda, bəlkə vasitəçi zəncirində. Amma bunların hamısını “mövsüm dəyişdi” cümləsi ilə izah etmək mümkün deyil. Prezidentin həmin müşavirədə səsləndirdiyi başqa bir mühüm məqam da subsidiyaların çevik olması ilə bağlı idi. Dövlət başçısı vurğuladı ki, bir məhsula müəyyən subsidiya verib bunu uzun illər dəyişməz saxlamaq düzgün yanaşma deyil; subsidiyalar həm regionlara, həm məhsullara, həm daxili tələbat və ixrac imkanlarına uyğun çevik şəkildə yenilənməlidir. Bu yanaşma heyvandarlığa da birbaşa aiddir. Əgər bazarda mal əti çatışmazlığı yaranırsa, heyvandarlığın iqtisadi modelini dəyişmək və dəstəyi real nəticəyə bağlamaq lazımdır. Bu gün artıq qarşımızda sadə bir qiymət problemi yoxdur. Qarşımızda istehsal problemi var. İstehsal problemi isə tədricən təklif probleminə çevrilir, təklif problemi qiymətə təsir edir, qiymət artımı isə gəlib Azərbaycan ailəsinin büdcəsinə dəyir. Nəticədə ailə daha bahalı ət alır, başqa ərzaqlara və digər ehtiyaclara ayırdığı vəsait azalır. Yəni kənd təsərrüfatında başlayan problem birbaşa ailə büdcəsinə qədər gəlib çıxır. Ona görə mən bu məsələyə bahalaşma prizmasından yanaşmazdım. Məncə niyə bizdə illərlə dəstək verilən heyvandarlıq sahəsində mal-qaranın sayı azalır və niyə ölkə öz daxili mal əti tələbatını tam təmin edə bilmir? sualı üzərində baş sındırmalıyıq. Bu suala cavab vermədən ətin qiymətini sabitləşdirmək mümkün deyil. Ətin bahalaşması təsirdir. Mal-qaranın azalması isə nəticədir. Əsas məsələ isə bu nəticələri yaradan iqtisadi mexanizmdir. Əgər aqrar siyasət istehsalçının xərclərini aşağı salmır, məhsuldarlığı kifayət qədər artırmır, heyvandarlığın genişlənməsini təmin etmir və daxili bazarın tələbatını daha böyük həcmdə qarşılaya bilmirsə, onda həmin siyasətin effektivliyini yenidən qiymətləndirmək lazımdır. Çünki aqrar siyasətin uğuru subsidiyanın nə qədər verilməsi ilə deyil, fermerin nə qədər istehsal etməsi və vətəndaşın həmin məhsulu hansı qiymətə alması ilə ölçülür.Bir sözlə bu gün mal ətinin 19–22 manata çatması həmin problemin vitrində görünən hissəsidir. Problemin özü isə fermadadır, istehsaldadır, heyvandarlığın iqtisadi modelində və aqrar siyasətin nəticələrindədir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner