Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

19.09.2026 14:14 423
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
Qarabağda aparılan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlamasından üç il ötür.

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycana öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatında bildirilirib ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılıb.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki ədəd zenit-raket qurğusu, altıdan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Xeyli sayda canlı qüvvə məhv edilib.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət verməyiblər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirilib.

Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu altı "Ural" markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirilib.

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri azərbaycanlı hərbçilərin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edilib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynayıb.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olub. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.

Son xəbərlər