Mojo.az Banner
12:54 15 yaşlı qızı nişanlamaq istədilər  |     12:45 Həccə getmək istəyənlərin nəzərinə!  |     12:37 Bakıda şadlıq sarayında meyit tapılıb  |     12:31 Tur rəhbəri Qubaya səfərdə qəfil öldü  |     12:28 İmişlidə bədbəxt hadisə: Yaşlı kişi su kanalında boğuldu  |     12:26 Bakıda partlayış baş verən plazada səkkiz il əvvəl də yanğın olubmuş  |     12:24 Bakı və Gəncədə dövlət əmlakları satışa çıxarılacaq  |     11:44 Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var (Video)  |     23:58 Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş  |     23:01 Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərlənib  |     22:56 Günəş sistemi kosmosda sürətlə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir  |     22:50 Nigeriyada 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlandı  |     22:37 Türkiyədə 54 şagird qidadan zəhərləndi  |     22:29 Ermənistan Konstitusiyasını nə vaxt dəyişəcək? - Paşinyan açıqladı  |     22:24 “Şaxtanın açarını restoran sahiblərindən istədim, məni döydülər”  |     22:16 Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil  |     22:10 Azərbaycan 2026-cı ilədək elektrik avtobus parkını 1 100 vahidə qədər artıracaq  |     22:02 Keytrinq xidmətlərində təhlükə artır: Agentlikdən xəbərdarlıq  |     21:57 Qan qrupuna görə xarakter: 99 faiz insanlarda nəticə üst-üstə düşür  |     21:48 Hansı sahələrə güzəştli kreditlər daha çox verilir?  |    
Left Banner
Right Banner

Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən 23 saat 43 dəqiqə

19.09.2025 14:51 402
Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü təmin edən 23 saat 43 dəqiqə
Qarabağda aparılan və separatizmə son qoyulan lokal xarakterli antiterror tədbirlərinin başlamasından iki il ötür.

Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatında bildirilirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılıb.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki ədəd zenit-raket qurğusu, altıdan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Xeyli sayda canlı qüvvə məhv edilib.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət verməyiblər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirilib.

Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu altı "Ural" markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirilib.

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri azərbaycanlı hərbçilərin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edilib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynayıb.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olub. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.скачать dle 11.3