23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

MN: “Qarabağda aşkarlanan sursatların bir qismi 2021-ci ildə istehsal edilib”

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan “TOS-1A” odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, bölgədə aşkar edilən “Kornet” və “Faqot” tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərdən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib.

“Bu faktlar lokal xarakterli antiterror tədbirlərinə qədər Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə Laçın yolu vasitəsilə qanunsuz hərbi daşımaların həyata keçirildiyinin əyani sübutudur”, - nazirlikdən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 26.10.23 15:19