Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”

18.09.2026 12:34 1 161
Deputat universitetdən qovulan tələbədən danışdı: “Şans verilməli idi”
Sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbənin təhsilindən xaric edilməsi ilə nəticələnib. Universitetin yaydığı açıqlamaya görə, videoda əks olunan qız ADMİU-da nə təhsil alır, nə də işləyir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsi olub.

Məsələ ilə bağlı universitetin İntizam komissiyasının təcili iclası keçirilib və tələbənin universitetdaxili nizam-intizam qaydalarını pozduğu əsas gətirilərək ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edilib. Universitet bildirir ki, qərarın əsasını təhsilalanların universitet əməkdaşları və digər təhsilalanlara qarşı hədə-qorxu gəlməsini qadağan edən qaydalar təşkil edib. Qərar rektor tərəfindən əmrləşdirilərək artıq qüvvəyə minib.
Hadisə sosial şəbəkələrdə tələbələrin davranışlarına görə hansı hallarda ən ağır intizam tədbirinin tətbiq edilməsinin düzgün olduğu və universitetlərin bu cür məsələlərdə hansı meyarları əsas götürməli olduğu ilə bağlı müzakirələr yaradıb.

Bu barədə millət vəkili Fazil Mustafa bu barədə Median.Az-a danışarkən bildirib ki, bu hərəkətə görə universitetdən xaric edilmə ağır cəza olardı:
“Təbii ki, burada ədəbsiz formada, başqa insanların hüquqlarına hörmətsizlik göstərən davranış var. Amma bu davranış bir qədər də teatrallıq üzərində qurulan yanaşma kimi sosial şəbəkədə yayılır və buna reaksiyalar verilir. Məncə, bunu inzibati qaydada cəzalandırmaq kifayət edərdi. Universitetdən qovulmaq isə insan taleyinə təsir edən məsələdir. Belə hallarda həmin şəxsə müəyyən şansın verilməsi daha doğru addım olardı. Universitetdən xaric edilmə çox istisna qərar olmalıdır. TikTok-a və ya digər sosial şəbəkələrə çıxmayan yüzlərlə belə epizod var. Məsələyə “tutulmayan oğru deyil” prinsipi ilə yanaşmaq olmaz. Ümumi ictimai mühitin sağlamlaşdırılması barədə düşünmək lazımdır”.

Deputat qeyd edib ki, bu insanların, xüsusilə gənclik yaşında buraxdıqları səhvləri və küstahlıqları hansısa cəza növünə çevirərək onları sıradan çıxarmaq, məhv etmək yoluna getmək də doğru olmaz:
“Bu, onların yetişdiyi mühitin nəticəsidir. Həmin mühit isə hamımızın narazı olduğumuz, müəyyən problemlərini gördüyümüz təhsilsizlik və savadsızlıqdan qaynaqlanan bir məsələdir. Ona görə də bu məsələlər üzərində düşünmək lazımdır. Belə sərt cəzalar əvəzinə, daha çox islahedici addımların atılması faydalı olar”.

Aysel

Son xəbərlər