Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Mindən çox tələbə Azərbaycan universitetlərindən XARİC edildi

27.01.2026 11:56 366
Mindən çox tələbə Azərbaycan universitetlərindən XARİC edildi
Ali təhsil müəssisələrində tələbələr bəzi hallarda universitetdən xaric edilə bilirlər. Bu, həm onların öz istəklərindən, həm də müvafiq qaydalara əməl etmədiklərindən baş verə bilər.

Median.Az
xəbər verir ki, Bizim.media bəzi universitetlərdə ötən tədris ilində xaric olunan tələbələrin sayını və səbəblərini öyrənib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, 2024-2025-ci tədris ilində ADPU-da ümumilikdə 144 nəfər universitetdən xaric edilib:

Bəs səbəb nə olub?

"139 nəfər öz istəyi ilə, bir nəfər nizam-intizamı pozduğuna, dörd nəfər isə başqa ali təhsil müəssisəsinə köçürüldüyünə görə universitetdən xaric edilib".

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) ötən il 173 tələbə universitetdən uzaqlaşdırılıb.

Bu barədə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev bildirib:

"Tələbənin universitetdən uzaqlaşdırılması "Təhsil haqqında" Qanuna əsasən tənzimlənir. Əgər ödənişli təhsil alan tələbə təhsil haqqını uzun müddət ödəməsə, dərslərdə iştirak etməsə, tələbə ilə universitetin münasibəti kəsilir, ancaq bu, bərpa oluna bilər.

Digər bir səbəb isə tələbənin şəxsi istəyinə görə universitetdən xaric olunmaq üçün ərizə yazmasıdır. Həmçinin o, əgər cinayət məsuliyyətinə cəlb olunarsa, təhsil müəssisəsində onun iştirakı təhlükəli hesab olunarsa, universitetdən xaric edilir. Sevindirici haldır ki, 2024-2025-ci tədris ilində AZMİU-da cinayət məsuliyyətinə cəlb olunan tələbə olmayıb. Ancaq digər hallarda, 173 tələbə öz xahişi ilə və ya təhsil haqqını ödəmədiyinə görə universitetdən uzaqlaşdırılıb".

Azərbaycan Tibb Universitetinin (ATU) Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova isə qeyd edib ki, ötən il ATU-dan uzaqlaşdırılanlar yalnız xarici tələbələr olublar.

"Onların hər biri isə öz istəyi ilə uzaqlaşdırılıb", - deyə Günel Aslanova bildirib.

2025-ci ildə Xəzər Universitetində ümumilikdə 45 tələbə xaric edilib.

Universitetin Mətbuat Xidmətinin rəhbəri Əlövsət Əmirbəyli bildirib ki, onlardan 27-si bakalavr, 18-i isə magistr tələbəsi olub və hamısı öz ərizələrinə müvafiq olaraq xaric edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, 2024-cü ildə 913, 2025-ci ildə 723 tələbənin xaric olunması barədə əmr verilib.

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə isə, ötən semestr AZTU-dan heç bir tələbə xaric olunmayıb.

Son xəbərlər