Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov
"Azərbaycanda qastronomiya sahəsinin inkişafına mane olan əsas problemlərdən biri bu istiqamətdə ixtisaslaşmış ali təhsil və elmi institutun olmamasıdır".
Bu sözləri Median.Az-a açıqlamasında qidə təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə, qastronomiya qida texnologiyası ilə eyni sahə deyil və bu istiqamətin ayrıca ixtisas kimi tədris olunmasına ehtiyac var.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda restoran və ictimai iaşə sahəsində peşəkar kadr çatışmazlığı ciddi problemlər yaradır.
O, deyib ki, qida texnologiyası ilə qastronomiyanı bir-birindən fərqləndirmək lazımdır:
"Qida texnologiyası ətin emalı, kolbasa istehsalı, çörək və digər qida məhsullarının hazırlanma texnologiyasını öyrədir. Qastronomiya isə başqa istiqamətdir. Burada restoran, ictimai iaşə, menyunun hazırlanması, alakart sistemi, mətbəxin idarə olunması və bu sahənin menecmenti kimi məsələlər öyrənilir".
Ekspert dünya təcrübəsindən misal çəkərək deyib:
"Türkiyə, Almaniya və digər Avropa ölkələrində qastronomiya üzrə ixtisaslaşmış təhsil proqramları və fakültələr mövcuddur. Azərbaycanda isə bu istiqamətdə sistemli ali təhsilin olmaması kadr hazırlığına mənfi təsir göstərir".
“Bizdə qastronomiya fakültəsi yoxdur. Buna görə də bu sahədə professor, fəlsəfə doktoru və elmi kadrların formalaşması da mümkün deyil. Aşpaz var, amma onun üzərində elmi və akademik sistem yoxdur. Halbuki qastronomiya ayrıca ixtisas kimi tanınmalı və həm peşə, həm də ali təhsil səviyyəsində tədris olunmalıdır”, – deyə ekspert vurğulayıb.
Ağa Salamov onu da deyib ki, Azərbaycanda restoranların müəyyən müddətdən sonra fəaliyyətini dayandırması və obyektlərin yenidən icarəyə çıxarılması da peşəkar idarəetmə problemini gündəmə gətirir.
Mütəxəssis hesab edir ki, restoran biznesində yalnız yaxşı aşpazın olması kifayət deyil. Burada menecment, maya dəyərinin hesablanması, xərclərə nəzarət, əməkhaqqı fondu, işçilərin düzgün bölgüsü və təşkilati struktur kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır.
“Hazırda kost-kontrol məsələsində ciddi problemlər var. Xərclər artır, gəlirlər isə azalır. Bəzən bütün məsuliyyət aşpazın üzərinə qoyulur. Araşdırırsan ki, aşpazın heç orta təhsili yoxdur. Başqa halda peşə təhsili var, amma maliyyə və idarəetmə bilikləri yoxdur. Halbuki restoran mətbəxini idarə edən şəxs müəyyən səviyyədə maliyyə və menecment anlayışlarına da sahib olmalıdır”, – deyə A.Salamov izah edib.
O, qida texnologiyası məzunlarının da öz ixtisaslarına uyğun işlə təmin olunmasında problemlərə diqqət çəkib. Ekspertə müraciət edən bəzi tələbələrin qida texnologiyası üzrə ali təhsil aldıqdan sonra dönərçi, fırınçı və kababçı kimi işləməək istəmədiyini dilə gətirib.
A. Salamov hesab edir ki, qida texnologiyası çox vacibdir. Ət emalı, çörək istehsalı və digər sənaye sahələrində texnoloqlara ehtiyac var. Amma ictimai iaşə obyektlərinə həm qida texnologiyasını, həm də qastronomiya biliklərini anlayan mütəxəssislər lazımdır.
O, sonda xüsusi bir məqamdan bəhs edərək deyib:
"Azərbaycanda qastronomiya üzrə ayrıca ixtisasın yaradılması restoran və ictimai iaşə sektorunda peşəkar kadrların hazırlanmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və bizneslərin daha dayanıqlı fəaliyyət göstərməsinə kömək edə bilər".
Dəniz Pənahova
Median.Az
Bu sözləri Median.Az-a açıqlamasında qidə təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə, qastronomiya qida texnologiyası ilə eyni sahə deyil və bu istiqamətin ayrıca ixtisas kimi tədris olunmasına ehtiyac var.
Mütəxəssis qeyd edib ki, Azərbaycanda restoran və ictimai iaşə sahəsində peşəkar kadr çatışmazlığı ciddi problemlər yaradır.
O, deyib ki, qida texnologiyası ilə qastronomiyanı bir-birindən fərqləndirmək lazımdır:
"Qida texnologiyası ətin emalı, kolbasa istehsalı, çörək və digər qida məhsullarının hazırlanma texnologiyasını öyrədir. Qastronomiya isə başqa istiqamətdir. Burada restoran, ictimai iaşə, menyunun hazırlanması, alakart sistemi, mətbəxin idarə olunması və bu sahənin menecmenti kimi məsələlər öyrənilir".
Ekspert dünya təcrübəsindən misal çəkərək deyib:"Türkiyə, Almaniya və digər Avropa ölkələrində qastronomiya üzrə ixtisaslaşmış təhsil proqramları və fakültələr mövcuddur. Azərbaycanda isə bu istiqamətdə sistemli ali təhsilin olmaması kadr hazırlığına mənfi təsir göstərir".
“Bizdə qastronomiya fakültəsi yoxdur. Buna görə də bu sahədə professor, fəlsəfə doktoru və elmi kadrların formalaşması da mümkün deyil. Aşpaz var, amma onun üzərində elmi və akademik sistem yoxdur. Halbuki qastronomiya ayrıca ixtisas kimi tanınmalı və həm peşə, həm də ali təhsil səviyyəsində tədris olunmalıdır”, – deyə ekspert vurğulayıb.
Ağa Salamov onu da deyib ki, Azərbaycanda restoranların müəyyən müddətdən sonra fəaliyyətini dayandırması və obyektlərin yenidən icarəyə çıxarılması da peşəkar idarəetmə problemini gündəmə gətirir.
Mütəxəssis hesab edir ki, restoran biznesində yalnız yaxşı aşpazın olması kifayət deyil. Burada menecment, maya dəyərinin hesablanması, xərclərə nəzarət, əməkhaqqı fondu, işçilərin düzgün bölgüsü və təşkilati struktur kimi məsələlər də xüsusi əhəmiyyət daşıyır.
“Hazırda kost-kontrol məsələsində ciddi problemlər var. Xərclər artır, gəlirlər isə azalır. Bəzən bütün məsuliyyət aşpazın üzərinə qoyulur. Araşdırırsan ki, aşpazın heç orta təhsili yoxdur. Başqa halda peşə təhsili var, amma maliyyə və idarəetmə bilikləri yoxdur. Halbuki restoran mətbəxini idarə edən şəxs müəyyən səviyyədə maliyyə və menecment anlayışlarına da sahib olmalıdır”, – deyə A.Salamov izah edib.
O, qida texnologiyası məzunlarının da öz ixtisaslarına uyğun işlə təmin olunmasında problemlərə diqqət çəkib. Ekspertə müraciət edən bəzi tələbələrin qida texnologiyası üzrə ali təhsil aldıqdan sonra dönərçi, fırınçı və kababçı kimi işləməək istəmədiyini dilə gətirib.
A. Salamov hesab edir ki, qida texnologiyası çox vacibdir. Ət emalı, çörək istehsalı və digər sənaye sahələrində texnoloqlara ehtiyac var. Amma ictimai iaşə obyektlərinə həm qida texnologiyasını, həm də qastronomiya biliklərini anlayan mütəxəssislər lazımdır.
O, sonda xüsusi bir məqamdan bəhs edərək deyib:
"Azərbaycanda qastronomiya üzrə ayrıca ixtisasın yaradılması restoran və ictimai iaşə sektorunda peşəkar kadrların hazırlanmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə və bizneslərin daha dayanıqlı fəaliyyət göstərməsinə kömək edə bilər".Dəniz Pənahova
Median.Az