Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR

09.09.2026 21:39 372
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
"Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, "Baku Medical Plaza"ya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib.

Eyni zamanda, "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı"nda da dəyişiklik edilib.

"Baku Medical Plaza"ya, həmçinin kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.

Son xəbərlər