Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB
Dünən, sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanat qurğusunun trosu qırılıb, iki nəfər həlak olub. Hadisə ilə bağlı hazırda Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Sözügedən kanat qurğusunun texniki təhlükəsizlik baxımından yoxlanılması və istismara yararlılığı ilə bağlı sənədləri mövcuddurmu?
Qurğu sonuncu dəfə nə vaxt texniki baxışdan keçirilib?
Trosun özünün texniki ekspertizası, möhkəmlik və yararlılıq yoxlaması nə vaxt aparılıb?Kanat qurğusunun istismarı üçün hansı təhlükəsizlik tələblərinə əməl olunmalı idi?
Hadisə ilə bağlı FHN-dən Median.Az-a bildirilib ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil.
Qurum qeyd edib ki, hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur. Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyildir və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil.
Dəniz Pənahova
Median.Az