Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA bu sahibkarlara çağırış etdi

02.09.2026 18:30 315
AQTA bu sahibkarlara çağırış etdi
Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir.

Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır.

Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir.

Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir.
Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırır. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər.

Son xəbərlər