Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

AQTA-dan sahibkarlara MÜRACİƏT

19.08.2025 22:01 519
AQTA-dan sahibkarlara MÜRACİƏT
Aparılan nəzarət tədbirləri zamanı idxal olunan bitkiçilik məhsullarında, xüsusilə də əkin-səpin materiallarında və dekorativ bitkilərdə zərərli orqanizmlərin, o cümlədən karantin tətbiq edilən növlərin aşkarlanması hallarının artdığı müşahidə olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, idxal edilən bitki və bitkiçilik məhsullarının, xüsusən də əkin-səpin materiallarının və dekorativ bitkilərin fitosanitar normalara tam uyğunluğunun təmin edilməsi və zərərli orqanizmlərdən azad olması vacibdir. Bunun üçün "Azərbaycan Respublikasına idxal olunan və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar"ın tələblərinə ciddi riayət edilməlidir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu barədə agentliyin bitkiçilik məhsullarını idxal edən sahibkarlara müraciətində bildirilir.

Müraciətdə daha sonra deyilir: "Toxumçuluq haqqında" Qanuna əsasən, ölkə ərazisində rayonlaşmış, sortluq, səpin keyfiyyətlərini təsdiq edən uyğunluq və fitosanitar sertifikatı olan bitki sortları toxumlarının dövriyyəsinə icazə verilir. Eyni zamanda, qablaşdırma və etiketlənmə tələblərinə cavab verməyən toxumların, həmçinin laborator müayinələrə cəlb edilməyən toxum və bitkiçilik məhsullarının ölkə ərazisində istifadəsi və dövriyyəsi qadağandır. Bitkiçilik məhsullarının idxalı yalnız zərərli orqanizmlərə qarşı mütəmadi olaraq kompleks fitosanitar tədbirlər aparılan istehsal sahələrindən və ya zərərli orqanizmdən azad zonalardan olmalıdır. Həmçinin toxumların əsas virus daşıyıcısı olduğunu nəzərə alaraq, onların əl yüklərində gətirilməməsi tələb və tövsiyə edilir. Bildiririk ki, idxal zamanı uyğunsuzluq aşkarlanmış bitki və bitkiçilik məhsulları ilə bağlı agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək, belə məhsulların ölkəyə buraxılmasına icazə verilməyəcək və ya sirayətlənmiş məhsul partiyası məhv ediləcək".

AQTA sahibkarları idxal zamanı daha məsuliyyətli davranmağa, fitosanitar təhlükəsizliyin təmin olunmasına, eləcə də milli və beynəlxalq qaydalara əməl etməyə çağırır.скачать dle 11.3
Mojo.az Banner