Mojo.az Banner
14:23 Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb  |     14:22 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi  |     14:20 Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN  |     14:20 Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ  |     14:18 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı  |     14:18 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq  |     14:17 "Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib  |     14:15 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı  |     14:08 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü  |     14:04 "Kinoyazar" niyə bağlandı? — "Bu, Azərbaycan kinosunun inkişafına vurulan zərbədir" — SORĞU  |     13:55 TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqıları artırılır  |     13:07 Bakıya gələn əcnəbinin ayaqqabısında patronlar tapıldı - FOTO  |     12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |     12:15 Axtarışda olan 317 nəfər saxlanılıb - DSX  |     12:08 Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ  |     12:07 Ermənistanın keçmiş naziri həbs edildi  |     11:59 Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO (Yenilənib)  |     11:43 Qızıl ucuzlaşmaqda davam edir  |    
Left Banner
Right Banner

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO

01.09.2026 13:14 234
Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi - FOTO
Azərbaycanın ən böyük turizm şirkətlərindən birinin rəhbəri Rövşən Abdullayev Polşada həbs edilib.

Median.Az
-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, şirkət rəhbərinin həbsinə səbəb Azərbaycan Respublikası tərəfindən axtarışa verilməsidir.

R.Abdullayev şirkətə müraciət edən müştərilərin bir milyon manata yaxın pulunu dələduzluq yolu ələ keçirməkdə ittiham olunur.

100-ə yaxın əməkdaşı olan "Flyblast Agency Travel" aviabilet satışı, tur-paketlər, xarici və daxili turlar, viza dəstəyi, transfer və müxtəlif turizm xidmətləri ilə məşğul olub. Lakin bu xidmətlər göstərilən zaman bir neçə vətəndaş aldadılıb.

Vətəndaşların şikayəti əsasında Xətai Rayon Prokurorluğu tərəfindən R.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri ilə cinayət işi başlanılıb, ölkədə olmadığı üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Şirkət isə fəaliyyətini dayandırıb.

Ən son məlumata görə, R.Abdullayev artıq Polşada həbs edilib. Hazırda ekstradisiya edilməsi üçün işlər aparılır. Gələcəkdə təqsiri sübuta yetirilsə, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onu 14 ilə kimi həbs gözləyir.

Qeyd edək ki, bundan əvvəl daha bir məşhur şirkət "AİD Group"da qanun pozuntuları üzə çıxıb. Faktla bağlı şirkətin rəhbərləri Nigar Fərhad və əri Samir Yəhyazadə istintaqa cəlb ediliblər.



скачать dle 11.3
Mojo.az Banner