Mojo.az Banner
21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |     20:34 Xalq artisti: “Özümü 50 yaşında kişi kimi hiss edirəm”  |     20:29 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     20:21 “Liverpul” Barkolanı transfer etdi  |     20:16 Antisanitar şəraitdə kvas istehsal edən müəssisə bağlandı  |     20:08 Xəzərdə gəzinti gəmisi qayaya çırpıldı - Ölənlər var  |     20:02 Bakıda bu mənzillərə tələbat artdı - Video  |     19:55 Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB  |     19:50 Vardanyanın arvadını 5 ilədək həbs gözləyir - Qarabağa qanunsuz giribmiş  |     19:42 Bakıda sahibsiz it qadına hücum etdi - Video  |     19:37 2048,7 hektar ərazi minalardan təmizlənib  |     19:30 Sentyabrda hava necə olacaq? - Pronqoz  |     19:24 Taryel Qasımov saxlanıldı  |     19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |    
Left Banner
Right Banner

Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB

31.08.2026 19:55 99
Əhalinin banklardakı əmanətləri sürətlə artır - SƏBƏB
"Əhalinin banklardakı əmanətləri sürətlə artır. Avqustun 1-nə əhalinin banklardakı əmanətləri son bir ildə 15,8% artaraq 17,9 milyard manata çatıb".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu artımın 3 əsas səbəbi ola bilər:

"Birincisi, gəlirlərin artması, ikincisi, banklara inamın yüksəlməsi və yüksək depozit faizləri, üçüncüsü isə vəsaitlərin yatırılması üçün alternativ imkanların məhdudluğudur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 7 ayında əhalinin nominal gəlirləri 9,8% artıb. Deməli, əmanətlərin 15,8% artmasını yalnız əhali gəlirlərinin artması ilə izah etmək olmaz. Görünür, banklara inam, yüksək depozit faizləri və alternativ yatırım imkanlarının məhdudluğu daha böyük rol oynayır. Digər maraqlı göstərici maliyyə təşkilatlarının depozitlərinin 41,8% artaraq 4,36 milyard manata çatmasıdır. Bunun da 3 əsas səbəbi ola bilər. Birincisi, maliyyə təşkilatlarının sərbəst vəsaitlərinin artması, ikincisi, büdcə vəsaitlərinin xərclənənədək müvəqqəti olaraq bank depozitlərində yerləşdirilməsi, üçüncüsü isə maliyyə təşkilatlarının sərbəst vəsaitlərini digər istiqamətlərə yönəltmək əvəzinə daha çox banklarda saxlamasıdır.

Eyni zamanda, qeyri-maliyyə təşkilatlarının depozitləri 4,3% azalıb. Nəzəri baxımdan bunun bir neçə səbəbi ola bilər. Bu səbəblərə şirkətlərin cari və əməliyyat xərclərinin artması, dövriyyə kapitalına daha çox vəsait yönəltməsi, vergi və digər ödənişlərin həcminin artması, eləcə də idxal və digər xarici ödənişlər üçün vəsaitlərin bank hesablarından çıxması aid edilə bilər. Konkret səbəbləri müəyyən etmək üçün isə depozitlərin azalmasının sahələr və şirkətlər üzrə strukturuna baxmaq lazımdır. Əmanətlərin artması bank sisteminə etimadın və maliyyə sabitliyinin güclənməsi baxımından müsbət göstəricidir. Bankların kredit vermək üçün resurs bazasını genişləndirir. Digər tərəfdən, əhalinin vəsaitlərinin getdikcə daha çox depozitlərdə cəmlənməsi alternativ investisiya alətlərinin yetərincə inkişaf etmədiyinin və sərbəst vəsaitlərin real iqtisadiyyata birbaşa yönəldilməsi imkanlarının məhdudluğunun da göstəricisi ola bilər".скачать dle 11.3
Mojo.az Banner