Universiteti 3 ilə bitirmək mümkün olacaq?
ABŞ-də ənənəvi dördillik bakalavr təhsil modelinə alternativ proqramların sayı artır. Universitetlər tələbələrin daha qısa müddətdə ali təhsil diplomu almasına imkan verən üçillik bakalavr proqramlarını genişləndirirlər. Hazırda ölkənin 26 ştatında ən azı bir universitet azaldılmış kredit yükü ilə belə proqram təklif edir. Bu yanaşma həm təhsilə sərf olunan vaxtın, həm də xərclərin azalmasına imkan yarada bilər.
Azərbaycanda da üçillik bakalavr təhsili tətbiq oluna bilərmi? Bu model tələbələrin vaxt və təhsil xərclərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı təhsil eksperti Turan Hüseynov Median.Az-a açıqlamasında bildirib ki, ali təhsilin bakalavr səviyyəsində təhsil müddətinin 3 il olması bir sıra ölkələrdə mövcuddur. Bunun səbəbi təhsil proqramın kredit yükünün azlığıdır:
“Azərbaycanda da təhsili 4 ildən daha qısa müddətdə başa vurmağı qanun qadağan etmir. Demək olar bütün universitetlərdə dərslər kredit sistemi ilə həyata keçirilir. Azərbaycan qanunvericiliyində bakalavr təhsili üçün 240–300 kredit müəyyən edilir, tibb üzrə isə 300–360 kreditdir. Tələbə bir il ərzində daha çox dərs krediti götürərək təhsilini daha tez yekunlaşdıra bilər. Lakin bunun üçün bəzi universitetlərdə bal limiti tətbiq olunur. Qeyd edim ki, kredit sistemində təhsil alan tələbələr semestr ərzində daha az dərs almaqla təhsillərini 4 ildən daha çox müddətə də bitirə bilər. Təhsil proqramının kreditin yükün azaldılaraq bütün tələbələr üçün təhsil müddətinin 3 ilə endirilmsinin əksər ixtisaslarda müsbət nticələr verəcəyinə inanıram. Xüsusilə süni intüllekt dövründə əksər bilik və məlumat mənbələrinin dünyanın bütün tələbələri üçün məkan, zaman, dil fərqi olmadan eyni dərəcədə əlçatan olması tarixdə görünməmiş üstünlükdür”.
O qeyd edib ki, daha qısa təhsil müddətinin tələbələr üçün təhsil və yaşam xərclərinin azalması kimi avantajları da var:
“Universitetlər üçün isə təhsil müddətinin qısaldılması daha müasir və ixtisas yönünmlü tədris qroqramına, süni intelekt və müasir texnologiyaya əsaslanan metodikalara keçidinin sürətlənməsi ilə nəticələnər. Amma bir önəmli məqamı da unuda bilmərik. Tələbələrin 3 illik təhsil alması üçün məktəblərin də şagird yetişdirmək tərzində dəyişiklik lazımdır. Hazırda məktəblilərin ''qəbul imtahanı yarışında'' bir çox həyati bacarıqlardan uzaq düşdüyünü, imtahan üçün lazım olan fənlərdən əlavə fənlərdə zəif olduğunu, dünyagörüşü səviyyəsinin aşağı olduğunu müşahidə edirik. Məktəblər şəxsiyyət yetişdirməyə və universitetlərə keyfiyyətli tələbə ötürməyə daha çox diqqət yetirməlidir”.
Aysel