Mojo.az Banner
19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

BYD "Tesla"nı geridə qoydu

28.08.2026 18:53 225
BYD
Çinin BYD şirkəti 2026-cı ilin ikinci rübünün yekunlarına görə, ABŞ-nin “Tesla” şirkətini geridə qoyaraq dünyada tam elektriklə işləyən avtomobillərin (BEV) yenidən ən böyük satıcısı olub.

Median.Az
“TrendForce” beynəlxalq tədqiqat təşkilatının məlumatlarına istinadla xəbər verir ki, “Tesla”nın satışları illik ifadədə 25 faiz artıb, lakin bu, liderliyi qoruyub saxlamaq üçün kifayət etməyib.

Birinci rübün yekunlarına görə, “Tesla” artıq BYD-ni qabaqlamışdı, lakin ikinci rübdə şirkətlər yenidən yerlərini dəyişiblər. Bununla belə, azalma tempinin zəifləməsinə baxmayaraq, BYD-nin elektromobil satışları ötən ilin eyni dövrünün göstəricisindən aşağı olub. Çin istehsalçısı üçün xarici satışların genişləndirilməsi mühüm amilə çevrilir, belə ki, ilin ilk yarısında istehsalın ümumi həcmində onların payı 44 faizə çatıb.

Çin yeni enerji mənbələri ilə işləyən avtomobillər (NEV) üçün dünyada ən böyük bazar olaraq qalır. Lakin Çin bazarında tələbat daha zəifdir. İkinci rübdə qlobal elektromobil, plug-in hibrid və hidrogen yanacaq elementləri ilə işləyən avtomobil satışlarının 56 faizi Çinin payına düşüb. Ötən il bu göstərici 66 faiz təşkil edib. “TrendForce” qeyd edir ki, Çin istehsalçıları üçün beynəlxalq ekspansiya getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Elektromobil istehsalçılarının dünya reytinqində Çinin “Leapmotor” şirkəti ilk dəfə üçüncü pilləyə yüksəlib. “Toyota” satışlarını illik ifadədə 143 faiz artıraraq yeddinci yeri tutub. Eyni zamanda, “Volkswagen” ilk dəfə dünyada elektromobil satışında onluqdan kənarda qalıb.

BYD, həmçinin plug-in hibridlər (PHEV) bazarında liderliyini qoruyub. Çin istehsalçıları Avropadakı mövqelərini xüsusilə fəal şəkildə genişləndirirlər. Belə ki, ikinci rübdə “Geely” şirkətinə məxsus “Volvo Cars” nəzərə alınmadan, Çin markaları Qərbi Avropada PHEV bazarının təxminən 30 faizini tutub.

Ümumilikdə, ikinci rübdə yeni enerji mənbələri ilə işləyən avtomobillərin qlobal satışları 5,37 milyon ədədə çataraq illik ifadədə 10,4 faiz artıb. Adi hibridlər (HEV) də nəzərə alınmaqla, elektrikləşdirilmiş avtomobillərin qlobal satışlarda payı rekord həddə – 33,2 faizə çatıb.скачать dle 11.3
Mojo.az Banner