Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28.08.2026 16:39 327
Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakıda təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət avqustun 28-i saat 22:00-dan təmir işləri başa çatanadək tətbiq olunacaq:

"Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur".

Son xəbərlər