Laçın Film Festivalı Azərbaycan kinosuna nə vəd edir? – SORĞU
Laçın bu günlərdə yalnız öz təbiəti və tarixi ilə deyil, kino sənəti ilə də diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı – Laçın Beynəlxalq Film Festivalı (LIFF 2026) dünyanın müxtəlif ölkələrindən kino nümayəndələrini bir araya gətirib. Festival üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub, onlardan 38 ekran əsəri rəsmi seçim proqramına daxil edilib.
Laçının beynəlxalq kino məkanına çevrilməsi yerli film istehsalına hansı imkanları yarada bilər?
Sizcə, Azərbaycan filmləri beynəlxalq auditoriyaya çıxmaq üçün hazırda ən çox nəyə ehtiyac duyur: maliyyəyə, ssenariyə, texniki imkanlara, yoxsa düzgün marketinqə?

Median.Az mövzu ilə bağlı sənət adamları arasında sorğu aparıb. Cavabları təqdim edirik:
Laçın Beynəlxalq Film Festivalının keçirilməsi təkcə yaradıcı və iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Çünki bu, bizim Böyük Qayıdış işimizin tərkib hissəsidir, yeni iş yerlərinin açılmasına imkan yaradır.
Başqa bir tərəfdən, kinomuz təkcə Bakı ilə sərhədlənməməlidir. Azərbaycanın bütün bölgələri kino istehsalı və nümayişi, film festivallarının keçirilməsi prosesində iştirak etməlidirlər. Ona görə də Bakıdan kənarda keçirilən yeganə beynəlxalq festival kimi Laçın Film Festivalının rolu unikaldır. Bu, böyük hadisədir.
Festivalı keçirən təşkilatları, xüsusilə Kino Agentliyini belə bir işi dəstəklədiyinə görə alqışlamaq lazımdır. Ümid edirik ki, gələn dəfə təşkilati işlər baxımından daha keyfiyyətli iş ortaya qoyulacaq.
Azərbaycan kinosunun beynəlxalq arenaya çıxması üçün ilk növbədə ssenarilərin kamilləşdirilməsi lazımdır. Dövlət tərəfindən dəstəklənən sənət filmlərində ssenari ekspertizası gücləndirilməlidir. Ssenarilərdə biz öz mesajlarımızı veririk, dünyamızı göstəririk.
Rejissura, operator işi, rəssamlıq sahəsində artıq təcrübə toplamışıq və Avropa səviyyəsində işlər təqdim edə bilirik. Amma ssenari işində müəyyən gecikmə var.
Bir də arzuolunandır ki, filmlərimiz birgə istehsal əsasında ərsəyə gəlsin. Məsələn, Azərbaycan-Fransa, Azərbaycan-İngiltərə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Estoniya və yaxud digər ölkələrlə birgə istehsal həyata keçiriləndə beynəlxalq film festivallarında, ən azı həmin ölkələrin festivallarında iştirak etmək üçün şanslar artır.
Ona görə də ssenari işi və birgə istehsal, eləcə də prodüserlərin təcrübəsindən yararlanmaq və belə prodüserlərin yetişməsi bizim üçün çox vacibdir.
Əlbəttə ki, bizim vətənimizdə dünya kinosunda görünməyən çoxlu lokasiyalar, məkanlar və yerlər var. Onlardan ən başlıcası isə Qarabağdır. Qarabağ öz təbiəti, füsunkarlığı ilə həqiqətən də göz oxşayır və dünya kinematoqrafiyasının istifadə etdiyi məkanlardan birinə çevrilə bilər.
Ona görə də Laçında beynəlxalq kino festivalının keçirilməsi kino camiəsinin, beynəlxalq kino nümayəndələrinin Laçına gəlməsini təmin edəcək. Beləliklə, onlar ən azından Laçın şəhəri, Qarabağ və Azərbaycanla tanış olacaqlar.
Bununla yanaşı, bildiyiniz kimi, Laçında "Hoçazfilm" studiyası fəaliyyət göstərir. "Hoçazfilm"in daxilində müxtəlif studiyalar və pavilyonlar var. Burada təyyarə çəkilişlərinin daha rahat aparılması üçün təyyarə iç məkanları, həmçinin qrin-skrin, yəni yaşıl pərdə sahələri mövcuddur. Festivala gələnlər" Hoçazfilm"lə, festivalın keçirildiyi məkanla və filmlərin nümayişi üçün mövcud imkanlarla tanış olacaqlar.
Bu baxımdan, Laçın Film Festivalı Azərbaycanın, xüsusən də Qarabağın beynəlxalq kino nümayəndələrinə tanıdılması üçün bir vasitə olacaq.
Nəinki Azərbaycan kinosunun, hətta Amerika, İsveçrə, İran, Avstraliya, İngiltərə və ümumilikdə Avropa kinosunun dünyaya çıxması üçün artıq dünyanı xoş mənada təəccübləndirmək, özünəməxsusluğunu göstərmək və diqqət çəkmək lazımdır. Bu isə asan məsələ deyil və Azərbaycan filmlərinə də aiddir.
Azərbaycan filminin də beynəlxalq auditoriyaya çıxması üçün düzgün seçilmiş mövzuya, ssenariyə, yanaşmaya, vizual həllə, yüksək səviyyəli bədii təsvirə, keyfiyyətli layihələrə, həmçinin düzgün marketinqə, mövqeləndirilməyə və təqdimata ehtiyac var.
Azərbaycan kinosunun xüsusilə özünü doğrultmasına ehtiyac var. Yəni dünyada "Azərbaycan kinosu" anlayışını tanıtmaq lazımdır ki, Azərbaycan kinosu beynəlxalq arenaya çıxsın və öz sözünü desin.
Odur ki, hələ görüləcək işlər çoxdur. Ən birinci bu işlər, yəqin ki, təhsildən başlayar. Bizim bir çox sahələrimiz yaxşı inkişaf edib. Düşünürəm ki, ən çox inkişaf etməli olan sahələrdən biri isə ssenaridir. Həqiqətən də, həm yerli tamaşaçı, həm də beynəlxalq arena üçün maraqlı mövzuları tapmaq, seçmək və yazmaq lazımdır ki, Azərbaycan kinosu dünyaya çıxa bilsin.
Festivalın Laçında keçirilməsinin əhəmiyyəti ondadır ki, Laçını tanıyacaqlar. Amma festivalın hansı şəhərdə keçirilməsinin əslində o qədər də əhəmiyyəti yoxdur. Festivalların çox olması yaxşıdır.
Bunun yerli kinoya müsbət tərəfi odur ki, kommunikasiya yaranır. Ora gələn rejissorlar, prodüserlər və yerli kinematoqrafçılar arasında tanışlıq və əlaqə qurmaq imkanı olur. Festivallar kino sənayesinin ayrılmaz bir parçasıdır. Xüsusən də öz daxilinə qapalı qalmaq istəməyən, daha geniş areala çıxmaq istəyən ölkələr üçün bu, çox vacibdir. Festivallar nə qədər çox olsa, bir o qədər yaxşıdır.
Azərbaycan filmlərinin beynəlxalq arenaya çıxması üçün maliyyə, ssenari, texniki imkanlar, marketinq və əlaqələr vacibdir. Amma bütün bunlardan əvvəl yaxşı filmlər çəkilməlidir. Yaxşı filmlərin çəkilməsi üçün isə düzgün seçim edilməlidir.
Bu işlə məşğul olan qurumlar, xüsusilə ARKA, öz hədəfinin nə olduğunu dəqiq müəyyənləşdirməlidir. Heç kimə lazım olmayan, yalnız Azərbaycan üçün maraqlı olan bədii-sənədli filmlər çəkmək, yoxsa həqiqətən dünya arenasına çıxmaq üçün filmlər istehsal etmək? Əvvəlcə ARKA özü üçün bu hədəfi müəyyənləşdirməlidir.
Daha sonra buna uyğun filmlər seçilməli və həmin layihələr keyfiyyətli texnika, yetərli maliyyə, yaxşı marketinq və digər zəruri imkanlarla təmin olunmalıdır.
Bu festival ölkəmiz, Laçın və ümumilikdə Şərqi Zəngəzur bölgəsi üçün çox əhəmiyyətli bir layihədir. Azərbaycanda qısametrajlı film festivallarının sayı, xüsusilə qonşu ölkələrlə müqayisədə, kifayət qədər azdır. Bu baxımdan Laçın Film Festivalının yaranması və belə gözəl şəkildə keçirilməsi həm ölkə, həm də beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından yüksək qiymətləndirilməlidir.
İlk festivalda artıq onlarla filmin iştirak üçün göndərilməsi də təşkilatçılıq baxımından festival komandasının böyük əziyyət çəkdiyini və tədbirin yüksək səviyyədə keçirilməsinə çalışdığını göstərir. Düşünürəm ki, Laçın Film Festivalı həm milli kinonun inkişafı, həm xarici əlaqələrin genişləndirilməsi, həm də ölkəyə xarici qonaqların və turistlərin cəlb olunması istiqamətində böyük addımdır.
Festivalın Laçında keçirilməsi bu bölgəyə həm yerli, həm də xarici vətəndaşların səfərlərinin artmasına da təsir göstərə bilər. Festival vasitəsilə Laçını dünyaya daha yaxşı və daha sürətlə tanıtmaq mümkündür.
Digər tərəfdən, yerli film istehsalı ilə məşğul olan gənclər və müstəqil şirkətlər üçün festival çərçivəsində sənət mübadiləsinin aparılması, müxtəlif layihələrin müzakirə olunması baxımından da geniş imkanlar yaranır. Ümumiyyətlə, festivalların əsas funksiyalarından biri müxtəlif yaradıcı insanların və yaradıcı sahələrdə çalışan şəxslərin bir araya gətirilməsi, fikir və təcrübə mübadiləsinin aparılmasıdır.
Bu baxımdan Laçın Film Festivalında rejissorların, prodüserlərin, ssenaristlərin bir araya gələrək gələcək layihələrini müzakirə etməsi çox əhəmiyyətlidir. Belə bir platformanın onların gələcək işlərinə də müsbət təsir göstərəcəyini düşünürəm.
Azərbaycan filmlərinin beynəlxalq auditoriyaya çıxması üçün müxtəlif amillərdən danışmaq olar. Burada maliyyə, ssenari, texniki imkanlar və digər məsələlər önə çıxır. Amma Azərbaycan kinosunun dünyaya çıxmasında, ilk növbədə, müştərək film istehsalı çox önəmlidir.
Azərbaycan müxtəlif ölkələrlə bu istiqamətdə daha sıx əlaqələr qurmalı, həm dövlət, həm də müstəqil şirkətlər tərəfindən müştərək layihələrin sayı artırılmalıdır. Çünki Azərbaycan əhalisinin sayına görə böyük ölkə deyil və bu da yerli kino bazarında tamaşaçı sayının məhdud olmasına təsir göstərir. Bu baxımdan həm kommersiya, həm də müəllif kinosunun dünyaya çıxması üçün müştərək filmlərin istehsalı əsas istiqamətlərdən biri olmalıdır.
Düşünürəm ki, bu istiqamətdə dövlət tərəfindən müəyyən təkliflər hazırlanmalı və güzəştlər tətbiq olunmalıdır. Müştərək filmlərin istehsalında, sözsüz ki, ortaq mövzular, fikirlər və məqsədlər müəyyənləşdirilir. Daha sonra layihənin istehsalı ilə bağlı iş qrafiki və plan hazırlanır.
Lakin ilk növbədə Azərbaycanda yerli şirkətlərin iqtisadi baxımdan potensialı hələ kifayət qədər yüksək deyil. Bu, həm də kino sahəsində mövcud problemlərin aradan qaldırılmasından asılıdır. Çünki bu sahədə hələ də müəyyən çətinliklər var.
Məsələn, xarici bir şirkətin Azərbaycana cəlb olunması və onunla birlikdə film istehsalı zamanı çəkiliş məkanlarına icazələrin alınması, texniki avadanlıqlarla bağlı güzəştlərin tətbiqi və bu tip digər məsələlər hələ də problem olaraq qalır. Ümid edirəm ki, bu problemlər çox tezliklə aradan qaldırılacaq və bundan sonra Azərbaycan şirkətləri ilə xarici şirkətlərin müştərək layihələr hazırlaması barədə daha rahat danışmaq mümkün olacaq.
Azərbaycan filmlərinin beynəlxalq arenaya çıxarılması üçün təkcə tanıtım deyil, hər şeydən əvvəl keyfiyyətli iş ortaya qoyulmalıdır. Belə filmlərin kifayət qədər reklama, xarici festivallarda onları dəstəkləyəcək qurumlara və prodüserlərə ehtiyacı var. Bütün bunlar sözsüz ki, maliyyə tələb edir.
Hazırda Azərbaycan kino şirkətlərinin vəziyyəti bu baxımdan lazımi səviyyədə deyil. Azərbaycan filmlərinin kommersiya baxımından dünya bazarına çıxması çətin olacaq. Bu, təkcə Azərbaycanla bağlı problem deyil; kiçik ölkələrin əksəriyyətində də oxşar vəziyyət müşahidə olunur.
Bu baxımdan Azərbaycanın dünya miqyasında tanıdılması və Azərbaycan imicinin formalaşması üçün müəllif kinosundan istifadə olunmalıdır. Digər tərəfdən isə müəyyən tarixi mövzularda müştərək filmlərin istehsalı önəmlidir. Çünki Azərbaycanda tarixi filmlər böyük büdcələr tələb edir və belə layihələrin müxtəlif ölkələrlə, xüsusilə də bizə yaxın mədəniyyətə və tarixə malik dövlətlərlə birgə həyata keçirilməsi daha məqsədəuyğundur.
Bu, həm də həmin filmlərin satış baxımından müəyyən qədər sığortalanmasına imkan yarada bilər. Tarixi və mədəniyyəti bizə yaxın olan ölkələrdə filmin nümayişi və satışı həmin layihəyə ayrılan vəsaitin müəyyən hissəsinin geri qaytarılmasına şərait yarada bilər.
Laçın bu günlərdə yalnız öz təbiəti və tarixi ilə deyil, kino sənəti ilə də diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalı – Laçın Beynəlxalq Film Festivalı (LIFF 2026) dünyanın müxtəlif ölkələrindən kino nümayəndələrini bir araya gətirib. Festival üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub, onlardan 38 ekran əsəri rəsmi seçim proqramına daxil edilib.
Qarabağımızda, gözəl Laçınımızda beynəlxalq kino festivalının təşkil olunması özü artıq böyük bir addımdır. Biz 30 il həsrətində olduğumuz və düşmən tərəfindən dağıdılmış, bugün isə bərpa olunmuş Qarabağımıza bütün dünyanı yığa bilmişik. Neçə illər əvvəl bütün dünya bilirdi ki, orada müharibədir, getmək təhlükəsiz deyil. Ancaq bugün bura gələn xarici ölkələr belə, bu sualı düşünmədən filmlərini göndərirlər. Bu o deməkdir ki, Ali Baş Komandanın bugünkü siyasəti Azərbaycanı dünyaya sülhsevər, tolerant və multikultural dövlət kimi dünyaya tanıdır. Məhz bu siyasətin təsiridir ki, 47 ölkə bu festivalda iştirak etmək, Azərbaycanı görmək üçün can atır. Təbii ki, festivalın qaydalarına uyğun olaraq biz göndərilən filmlər arasından ən layiqlilərini seçib dəvət etmişik. Filmlər tamaşaçılara fərqli mövzuda, fərqli estetikada və bir sözlə çox rəngarəng şəkildə nümayiş olundu. Demək olar ki, Laçındakı “La,Cinema” kinoteatrında nümayişlər anşlaqla keçdi. Onu da qeyd edim ki, LİFF ideya müəllifi, təşkilatçısı və direktoru Amil Amal həm də Laçında 2023-cü ildən Cənab Prezidentin göstərişi ilə yaradılan “HOCHAZFİLM” kinostudiyasının direktorudur. Gələn qonaqlar oradakı pavilyonla tanış olarkən gəlib həmin məkanda film işləmək istədiklərini dilə gətirdilər və şəraitlə maraqlandılar.
Bu da təbii ki, ilk növbədə turizmin, kino biznesinin inkişafı deməkdir. Bu, eyni zamanda yerli prodüserlərin inkişafı deməkdir, və müştərək filmlərin ərsəyə gəlməsi deməkdir. Laçın elə bir iqlimə, relyefə məxsusdur ki, kino çəkilməsi üçün hər bir məkan tapmaq mümkündür.
Təbii ki, Laçının kino məkanına çevrilməsi tək beynəlxalq deyil, həm də yerli kinematoqraflar üçün əlavə məkan və alternativ çəkiliş məkanı deməkdir. "Hoçazfil"in pavilyonunda təyyarə, helikopter, türmə, laboratoriya kimi qurulmuş pavilyonlar da fəaliyyət göstərir və həm də Laçının iqlimi, təbiəti də imkan verir ki, maneəsiz çəkilişlər aparılsın. Və ən əsası da gələn komandanın gecələmə problemi də həll olunur. Bu da komanda ilə gəlib və hər gün çəkiliş üçün uzaq məsafətə getmədən yeni məkanda film işləmək imkanı olması deməkdir.
Azərbaycan kinosunda saydığınız hər bir vasitələr mövcuddur. Birinci vacib məsələ bir VGİK məzunu kimi deyirəm ki, Azərbaycan kinosunun yaralı yeri təhsildir. Dünyaya çıxmaq üçün təhsil önəmlidir. İncəsənət Universiteti kino sənətini tam ötürmək gücündə deyil, çünki texniki bazası yoxdur və dərslər dünya kino məktəbləri proqramından zəif aparılır. Bu da təbii ki, bu sahədə fəaliyyət göstərən pedaqoqlardan asılı bir məsələdir.
Birinci məsələ düzələrsə, İkinci problem marketinq məsələsidir. Çünki biz marketinq məsələsini həmişə üçüncü planda tuturuq. Və təbii ki, düzgün təhsil olan yerdə həm mövzu, ssenari, həm vizual həll, həm də rejissor həlli olduqdan sonra dünyaya çıxmaq çox asandır. Necə ki, müstəqil kinematoqrafçılarımız bunu öz güclərinə edirlər.
Hazırladı: Dəniz Pənahova
Median.Az
Laçının beynəlxalq kino məkanına çevrilməsi yerli film istehsalına hansı imkanları yarada bilər?

Median.Az mövzu ilə bağlı sənət adamları arasında sorğu aparıb. Cavabları təqdim edirik:
Başqa bir tərəfdən, kinomuz təkcə Bakı ilə sərhədlənməməlidir. Azərbaycanın bütün bölgələri kino istehsalı və nümayişi, film festivallarının keçirilməsi prosesində iştirak etməlidirlər. Ona görə də Bakıdan kənarda keçirilən yeganə beynəlxalq festival kimi Laçın Film Festivalının rolu unikaldır. Bu, böyük hadisədir.
Festivalı keçirən təşkilatları, xüsusilə Kino Agentliyini belə bir işi dəstəklədiyinə görə alqışlamaq lazımdır. Ümid edirik ki, gələn dəfə təşkilati işlər baxımından daha keyfiyyətli iş ortaya qoyulacaq.
Azərbaycan kinosunun beynəlxalq arenaya çıxması üçün ilk növbədə ssenarilərin kamilləşdirilməsi lazımdır. Dövlət tərəfindən dəstəklənən sənət filmlərində ssenari ekspertizası gücləndirilməlidir. Ssenarilərdə biz öz mesajlarımızı veririk, dünyamızı göstəririk.
Rejissura, operator işi, rəssamlıq sahəsində artıq təcrübə toplamışıq və Avropa səviyyəsində işlər təqdim edə bilirik. Amma ssenari işində müəyyən gecikmə var.
Bir də arzuolunandır ki, filmlərimiz birgə istehsal əsasında ərsəyə gəlsin. Məsələn, Azərbaycan-Fransa, Azərbaycan-İngiltərə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Estoniya və yaxud digər ölkələrlə birgə istehsal həyata keçiriləndə beynəlxalq film festivallarında, ən azı həmin ölkələrin festivallarında iştirak etmək üçün şanslar artır.
Ona görə də ssenari işi və birgə istehsal, eləcə də prodüserlərin təcrübəsindən yararlanmaq və belə prodüserlərin yetişməsi bizim üçün çox vacibdir.
Aygün Aslanlı
Fehruz Şamıyev
Hazırda Azərbaycan kino şirkətlərinin vəziyyəti bu baxımdan lazımi səviyyədə deyil. Azərbaycan filmlərinin kommersiya baxımından dünya bazarına çıxması çətin olacaq. Bu, təkcə Azərbaycanla bağlı problem deyil; kiçik ölkələrin əksəriyyətində də oxşar vəziyyət müşahidə olunur.
Məzahir Həşimov