Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə

27.08.2026 19:04 126
Rusiyadan Azərbaycana pul köçürmək istəyənlərin nəzərinə
Rusiyada miqrantların ölkədən xaricə həyata keçirdikləri bank köçürmələrinə 3%-lik xüsusi vergi tətbiq edilməsi təklif olunub.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu təşəbbüslə “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov çıxış edib. O bildirib ki, xarici vətəndaşlar tərəfindən xaricə göndərilən hər bank köçürməsinə 3% ödəniş tətbiq edilməlidir.

Mironovun sözlərinə görə, 2026-cı ildə miqrantlar Rusiyadan xaricə 17 milyard rubldan çox vəsait köçürüblər. Onun iddiasına görə, hazırda bu vəsait vergiyə cəlb olunmur.

Təklif Rusiyada çalışan Özbəkistan vətəndaşlarına da təsir göstərə bilər. Özbəkistan Miqrasiya Agentliyinin məlumatına əsasən, ölkə vətəndaşlarından təxminən 834 200 nəfər Rusiyada işləyir.

Özbəkistan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkəyə xaricdən fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,3 milyard dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 1,1 milyard dollar çoxdur.

Köçürmələrin 4,8 milyard dolları, yaxud ümumi məbləğin 51,7%-i P2P sistemi vasitəsilə birbaşa bank kartlarına göndərilib. Bu göstərici illik müqayisədə 32% artıb.

Beynəlxalq pulköçürmə sistemləri vasitəsilə isə 4,3 milyard dollar vəsait göndərilib. Bu məbləğ ümumi köçürmələrin 46,7%-ni təşkil edib.скачать dle 11.3
Mojo.az Banner