Bərdədə avtomobil yaşayış evinə çırpıldı: Xəsarət alanlar var
Bərdə rayonunda avtomobil yaşayış evinə çırpılıb, xəsarət alanlar var.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Məlumata görə, idarəetmədən çıxan "Changan" markalı avtomobil yol kənarındakı evə çırpılıb. Zərbənin təsirindən tikilinin divarı uçub.
Qəza zamanı evdə olan bir ailənin üç üzvü - Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.