Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

16.10.2023 12:11 2 922
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var
Yevlax rayon Əkşəm kənd ərazisində minik avtomobili aşıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan KIA markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində, Yevlax rayon sakinləri, 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər