Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altında (FOTO)

26.08.2026 20:51 378
DƏHŞƏT - MTK rəhbərliyi daşıyıcı divarları dağıdır, 4 min sakinin həyatı risk altında (FOTO)
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış kompleksində sakinlərin həyatını böyük təhlükəyə atan qanunsuzluqlar baş verir.

Sakinlər tərəfindən “Yeni Sabah”a verilən məlumata görə, "The Baku Group" MTK-nın rəhbərliyi ilə gizli sövdələşən mənzil sahibləri binanın konstruktiv təhlükəsizliyini ciddi şəkildə pozurlar.

Daha dəqiq desək, kompleksin 21-ci blokunun 3-cü mərtəbəsində yerləşən 700 saylı mənzilin sahibi mənzili iki hissəyə bölüb satmaq məqsədilə binanın 50-60 sm enində olan daşıyıcı dəmir-beton divarını qanunsuz olaraq sındırıb və lift sahəsinə əlavə giriş qapısı açıb. Qapı yuvasının daşıyıcı konstruksiyanın mühüm elementi olan rigerin tən altında açıldığı bildirilir. Hadisə üzə çıxdıqdan dərhal sonra əraziyə yük maşını cəlb edilərək beton qırıqları uzaqlaşdırılıb. pizza sifarişi

Sakinlər məsələ ilə bağlı "The Baku Group" MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərova şəxsən məlumat versələr də, heç bir tədbir görülməyib. Sözügedən binanın sakinləri tərəfindən aparılan araşdırmalar zamanı kompleksdə 10-dan çox mənzildə oxşar üsulla daşıyıcı divarların sındırılaraq lift meydançasına ikinci qapıların açıldığı müəyyən edilib.

Artıq adi hala çevrilən bu müdaxilələr kompleksdə yaşayan və çalışan 4 000-ə yaxın insanın həyatını birbaşa təhlükə altına qoyur. 2026-cı ilin may ayının 26-dan etibarən müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlər olunsa da, problem hələ də araşdırılmayıb.

Sakinlərin sözlərinə görə, tikintisinə 2005-ci ildə başlanılan kompleks 2019-cu ildə Dövlət Komissiyasına yalnız qismən təhvil verilib. Qarajın təhvil verilməsi, həyətin abadlaşdırılması və liftlərin quraşdırılmasının başa çatdırılması kimi öhdəliklər MTK-nın üzərinə qoyulsa da, aradan keçən 7 il ərzində bu işlərin heç biri görülməyib.

Eyni zamanda, Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, MTK binanı təhvil verdikdən sonra 1 ay müddətində idarəetməni mülkiyyətçilərə təhvil verməyib.

Vətəndaşlar deyib ki, hazırda binanın zirzəmisi yağışlar zamanı su ilə dolur, yay mövsümündə isə elektrik enerjisinin verilməsində tez-tez kəsintilər yaranır. MTK öz birbaşa öhdəliklərini yerinə yetirmək və həyəti abadlaşdırmaq əvəzinə, binanın balansında qalan 20-dən çox mənzili sataraq vəsaitləri mənimsəyib. Sakinlərdən toplanan komunal xidmət haqları mənimsənilir, toplanan vəsaitlər üzrə heç bir hesabat verilmir.

Sakinlər aidiyyəti dövlət qurumlarından bu özbaşınalığa təcili müdaxilə etməyi və kompleksdə hərtərəfli auditin keçirilməsini tələb edirlər.





Son xəbərlər