Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu yağları alarkən diqqətli olun

25.08.2026 22:06 411
Bu yağları alarkən diqqətli olun
AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.

Median.Az
xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd edilib:

"Belə ki, aparılan müayinə nəticəsində Qazaxıstanın “Eurasian Foods” müəssisəsinə məxsus 82,5% yağlılıqlı “Stanichnoe Osoboe” əmtəə nişanlı qarışıq bitki yağında 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) göstəricisi üzrə, Rusiyanın “Jirovoy Kombinat” müəssisəsinə məxsus “Tot samıy vkus i aromat” əmtəə nişanlı marqarin, 82,5% yağlılıqlı “Maslyona”, “Rossiyanka Traditsionnoe” əmtəə nişanlı qarışıq bitki tərkibli yağlarda qlisidol (QE), o cümlədən “Şedroye leto” əmtəə nişanlı bitki tərkibli yağda həm 3-Monoxlorpropan-1,2-diol (3-MCPD), həm də qlisidol göstəricisi üzrə uyğunsuzluqlar aşkar edilib.

Həmçinin Rusiyanın “Pişevie İnqredienti” müəssisəsinə məxsus “Maslo Palmovoye” əmtəə nişanlı palma yağı və “Oilprime” əmtəə nişanlı qarışıq bitki yağında emal çirkləndiricisi 3-Monoxlorpropan-1,2-diol (3-MCPD) aşkarlanıb".

Bildirilib ki, aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, qeyd olunan istehsalçı müəssisələrin məhsullarının Azərbaycan Respublikasına idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib və məsələ ilə bağlı həmin ölkələrin qida təhlükəsizliyi sahəsi üzrə səlahiyyətli qurumlarına rəsmi bildirişlər göndərilib:

"Məhsulların dövriyyəsinin qarşısı alınıb. Hazırda qanunamüvafiq digər tədbirlər həyata keçirilməkdədir".

Məlumatda qeyd edilib ki, agentlik tərəfindən həyata keçirilən idxal nəzarət tədbirlərinin məqsədi insan sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradan məhsulların ölkə ərazisinə daxil olmasının qarşısının alınması, istehlakçıların sağlamlığının və hüquqlarının qorunması, eləcə də təhlükəsiz qida məhsullarının dövriyyəsinin təmin edilməsidir.//sfera.az

Son xəbərlər