Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"

25.08.2026 20:46 312
Şəhid Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı:
Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın övladı Mərdan Məmmədli xaricdə təhsil almaq şansı qazanıb.

Median.Az xəbər verir ki, bu barədə Lent.az-a Mərdan Məmmədlinin özü danışıb.

O bildirib ki, Latviya və Kipr universitetlərindən qəbul alıb:

"Duolingo (Duolingo English Test (DET)) üzrə 100-dən yüksək nəticə göstərmişdim. Latviyadakı TSI (Transport and Telecommunication Institute) və Kiprin "University Of Lefke" universitetlərinə qəbul almışam. Məqsədim Kiprə gedib oradan Latviyaya köçürülmə etməkdir. Qəbul aldığım ixtisas "biznes menecment"dir. Tələbə adını qazandığım üçün çox xoşbəxtəm. Mənim təhsilimdə dövlətimizin, "Oxford" rəhbərliyinin və müəllimlərimin rolu çox böyük olub. Bu baxımdan, onların hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr 2020-ci ildə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.//oxu.az

Son xəbərlər