Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır

25.08.2026 13:02 507
ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır
ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə tarixində ən genişmiqyaslı viza ləğvi prosesinə hazırlıq görür. Bu qərarın sığınacaq üçün müraciət etmiş 200 minə yaxın xarici vətəndaşa təsir edəcəyi gözlənilir.

Bu barədə "Associated Press" agentliyi ABŞ-nin Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, 2016-26-cı illər ərzində verilmiş B1 işgüzar və B2 turist vizalarının yaxın həftələrdə ləğv edilməsi planlaşdırılır. Bu addım Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə koordinasiyalı şəkildə həyata keçiriləcək.

Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun sözlərinə görə, ölkəyə qısamüddətli ziyarətçi kimi daxil olub, daha sonra daimi yaşamaq məqsədilə sığınacaq tələb edən əcnəbilər müəyyənləşdirilirlər.

Vizaların ləğvi dərhal deportasiya ilə nəticələnməyəcək - müraciət edənlər B1/B2 statusunu itirərək fərqli bir kateqoriyaya keçiriləcəklər.

Gələcəkdə viza almaq istəyən şəxslər isə sığınacaq istəməyəcəklərini və öz ölkələrinə qayıtmaq niyyətində olduqlarını sübut etməli olacaqlar.

Bildirilir ki, hazırda qərar tam olaraq təsdiqlənməyib və məhkəmə müstəvisində mübahisələndirilə bilər.

Qeyd edək ki, Dövlət Departamenti son 18 ay ərzində cinayətdə təqsirləndirilən, məhkum olunmuş və ABŞ siyasətini tənqid edən 175 minə yaxın şəxsin vizasını ləğv edib. 2025-ci ildə isə bu rəqəm 8 mini tələbə olmaqla, ümumilikdə 100 mindən çox təşkil edib. Qurum viza ləğvini miqrasiya nəzarəti vasitəsi adlandırır.

Son xəbərlər