Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU

24.08.2026 11:27 678
Kirayə evlər daha da bahalaşacaq - ÇIXIŞ YOLU
Kirayə ev axtaranlar üçün mənzil bazarında vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə Bakı və ətraf ərazilərdə yüksək kirayə qiymətləri vətəndaşların büdcəsinə ciddi yük yaradır. Bəzən isə ortaya absurd mənzərə çıxır: 620 manata birotaqlı mənzildə, özü də Saray qəsəbəsində kirayə qalmaq heç də əlverişli görünmür.

Mənzil kirayəsi üçün ödənilən məbləğlə yanaşı, kommunal xərclər, nəqliyyat və digər gündəlik tələbatlar da nəzərə alındıqda, orta gəlirli ailənin büdcəsi daha da sıxılır.

Bəs kirayə qiymətlərinin bu qədər yüksəlməsinə səbəb nədir? Dövlətin həyata keçirdiyi kirayə mənzil proqramları real olaraq vətəndaşların mənzil problemini nə dərəcədə həll edir və bazardakı qiymətlər niyə gəlirlərlə ayaqlaşmır?

Bakı ətrafı ərazilərdə niyə qiymət bahadır?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandırıb daşınmaz əmlak üzrə mütəxəssis Anar Nəsirov bildirib ki, Bakıda və ətraf qəsəbələrdə kirayə mənzillərin qiymətlərinin artması əsasən 2019-cu ildən etibarən müşahidə olunur.

Onun sözlərinə görə, bu prosesə şəhərdə aparılan yenidənqurma işləri, qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi, eləcə də yeni yaşayış komplekslərinin tikintisi təsir göstərir.
Mütəxəssis qeyd edib ki, söküntü zamanı həmin binalarda və həyət evlərində yaşayan sakinlər tikinti şirkətləri tərəfindən yeni mənzilləri hazır olana qədər kirayə evlə təmin edilirlər. Bir yaşayış binasının tikintisinin orta hesabla 2,5-3 il çəkdiyini nəzərə alsaq, həmin sakinlər bu müddət ərzində eyni kirayə mənzildə qalırlar. Nəticədə həmin mənzillər uzun müddət bazara qayıtmır.
"Bir binanın və ya həyətin sökülməsi zamanı ən azı 70-80 ailə kirayə mənzillə təmin olunur. Bakının bir neçə rayonunda eyni vaxtda söküntü işlərinin aparıldığını nəzərə alsaq, bunun kirayə bazarına təsiri kifayət qədər böyükdür", - deyə Anar Nəsirov açıqlayıb.

O, əlavə edib ki, prosesin digər tərəfi isə sökülən ərazilərdə əvvəllər kirayə verilən mənzillərin də bazardan çıxmasıdır. Beləliklə, bir tərəfdən kirayə mənzilə tələbat artır, digər tərəfdən isə bazardakı təklif azalır.

Anar Nəsirov vurğulayıb ki, əmlak bazarında qiymətlər əsasən tələb və təklif əsasında formalaşır. Tələb təklifi üstələdikdə qiymətlər yüksəlir, təklif artdıqda isə kirayə verənlər arasında rəqabət yaranır və qiymətlər aşağı düşə bilir.

Əmlak eksperti Anar Nəsirov hazırda da kirayə mənzillərə tələbatın yüksək olduğunu deyib. Xüsusilə avqust, sentyabr və oktyabr aylarında yeni tədris ilinin başlaması ilə əlaqədar tələbələrin Bakıya qayıtması və ali məktəblərə yeni qəbul olunanların şəhərə gəlməsi kirayə bazarında aktivliyi artırır.

"Bu dövrdə tələbin artmasından istifadə edərək mənzilləri şişirdilmiş qiymətlərlə bazara çıxaran əmlak sahibləri də var. Təklifin məhdud olması səbəbindən vətəndaşlar, xüsusilə tələbələr, bəzən bu qiymətlərlə razılaşmağa məcbur qalırlar", - deyə o qeyd edib.
Anar Nəsirov tələbələrin yüksək kirayə qiymətləri səbəbindən daha çox insanla bir mənzildə yaşamağa üstünlük verdiyini də bildirib. Onun sözlərinə görə, əvvəllər iki tələbənin bir otaqda qalması daha geniş yayılmışdısa, hazırda kirayə xərclərinin artması 3-4 nəfərin bir mənzildə yaşamasına səbəb olur. Bu yolla tələbələr kirayə haqqını aralarında bölərək xərcləri azaltmağa çalışırlar.Ekspertin sözlərinə görə, hazırda Bakıda bir otaqlı mənzillərin kirayə qiyməti təxminən 600 manatdan başlayır. Köhnə binalarda qiymətlər yerləşməsindən asılı olaraq 500-550 manat civarında dəyişə bilər. Yeni tikililərdə isə qiymətlər daha yüksəkdir və şəhərə yaxın ərazilərdə 850 manatdan başlayaraq artır.

Onun fikrincə, mövcud qiymətlər əhalinin gəlirləri ilə müqayisədə yüksəkdir və kirayə bazarına kənardan inzibati müdaxilə ilə qiymət artımının qarşısını almaq mümkün deyil.

Anar Nəsirov hesab edir ki, problemin daha effektiv həlli tələbələr üçün xüsusi yataqxanaların tikilməsidir.

Kirayə qiymətlərinin artmağa davam edəcəyini deyən ekspert çıxış yolu və təklif irəli sürüb:

"Tələbələrə münasib qiymətlərlə yaşayış imkanı yaradılarsa, onların bir hissəsi kirayə bazarından çıxacaq və bu da tələbin azalmasına, nəticədə isə qiymət artımının müəyyən qədər səngiməsinə səbəb ola bilər".

"Əks halda tələbələrin sayı artdıqca kirayə mənzillərə tələbat da yüksələcək. Bazarda tələb təklifi üstələdiyi müddətdə isə qiymətlərin aşağı düşməsi çətin olacaq", - deyə mütəxəssis sonda vurğulayıb.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner