Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı

22.08.2026 15:58 501
Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı
Bakıda qətl törədilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Aqil Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər