Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İkinci əl avtomobillərdə qiymət artımı qaçılmazdır – Ekspert danışdı

19.08.2026 18:12 393
İkinci əl avtomobillərdə qiymət artımı qaçılmazdır – Ekspert danışdı
Son həftələr Azərbaycanda ikinci əl avtomobil bazarında qiymət artımı müşahidə olunur. Alıcılar bildirirlər ki, xüsusilə tələbatın yüksək olduğu bəzi avtomobil modellərinin satış qiymətləri əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bazarda baş verən bu dəyişiklik qiymət artımının səbəbləri ilə bağlı sualları yenidən gündəmə gətirib. Bəs ikinci əl avtomobillərin bahalaşmasına hansı amillər təsir edir və yaxın aylarda qiymətlərdə hansı tendensiya gözlənilir?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, hazırda ikinci əl avtomobil bazarında ciddi qiymət sıçrayışından danışmaq düzgün deyil:

“Bazarda müşahidə olunan bahalaşma daha çox mövsümi amillərlə bağlıdır. Adətən hər il may ayından sentyabr-oktyabr aylarına qədər ikinci əl avtomobil bazarında canlanma müşahidə olunur. Bu dövrdə rayonlardan alıcıların sayı artır. Bunun əsas səbəbi kənd təsərrüfatı mövsümünün aktivləşməsidir. Meyvə-tərəvəz, kartof, soğan, mal-qara və digər kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər hesabına insanlar avtomobil almağa üstünlük verirlər. Bakıda yaşayan və maaşla və ya ticarətlə məşğul olan insanlar üçün mövsümün elə də ciddi fərqi olmur. Onlar ilboyu avtomobil alırlar. Lakin rayonlarda vəziyyət fərqlidir”.

O qeyd edib ki, kənd təsərrüfatı mövsümü başlayanda alıcılıq qabiliyyəti artır və bu da bazarda canlanma yaradır:

“Alıcı sayı artdıqca satıcılar da qiymətləri qaldırmağa başlayırlar. Rayonlardan gələn alıcıların böyük əksəriyyəti yeni avtomobillərə deyil, ikinci əl nəqliyyat vasitələrinə üstünlük verir. Bu səbəbdən də mövsümi tələbat məhz ikinci əl avtomobil bazarında daha çox hiss olunur. Mən özüm də avtomobil satışı ilə məşğulam. Təcrübəmdən deyə bilərəm ki, yay aylarında satış daha rahat gedir. Oktyabrdan mart-aprel aylarına qədər isə bazarda durğunluq yaranır və satış prosesi xeyli çətinləşir. Buna görə də hazırkı canlanmanı əsasən mövsümi tələbatla əlaqələndirmək olar”.

Aysel Elnurскачать dle 11.3

Son xəbərlər