Mojo.az Banner
20:30 Şagirdlərin elektron yerdəyişməsi başlayır  |     20:22 Azərbaycan əhalisinin sayı artıb  |     20:17 Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı  |     20:09 Ölkəmizə daimi yaşamaq üçün 2 085 nəfər gəlib  |     20:03 1700 hektar ərazi minalardan təmizlənib  |     19:55 "İmişli" Nazim Hüseynovla yollarını ayırdı  |     19:50 Narkotiklərin qanunsuz dövriyyəsinə görə 33 əcnəbi məsuliyyətə cəlb edilib  |     19:42 İmişlidə təkər təmiri sexində partlayış - Xəsarət alanlar var  |     19:37 Sabah 36° isti olacaq  |     19:29 Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq  |     19:23 Birinci Qarabağ müharibəsinin veteranı vəfat etdi  |     19:15 Kolleclərə qeydiyyat başlayır  |     19:10 Azərbaycanda 46 partlayış olub - 4 nəfər ölüb  |     19:02 Zəngəzur dəhlizi barədə mühüm xəbər açıqlandı - VİDEO  |     18:57 Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var (Video)  |     18:49 Sərhədi qanunsuz keçən PUA-nı NATO qırıcısı vurdu  |     18:43 8 ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - Video  |     18:35 Narkotikin təsiri altında maşın sürdü - həbs olundu  |     18:27 Yemək qoxusundan bezmisiniz? – Bu üsullar kömək edə bilər  |     18:17 Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var  |    
Left Banner
Right Banner

Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq

17.08.2026 19:29 105
Dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bununla Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılıb.

Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.

Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.

Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.скачать dle 11.3
Mojo.az Banner