Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kolleclərə qeydiyyat başlayır

17.08.2026 19:15 333
Kolleclərə qeydiyyat başlayır
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı prosesinə başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi my.gov.az platforması üzərindən 19 avqust saat 15:00 - 31 avqust saat 18:00 tarixləri aralığında həyata keçiriləcək:

"Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur: Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar".

Son xəbərlər